Vahid Aslan oğlu İsmayılov () — Ağcabədi rayonu Partiya Komitəsinin birinci katibi

Həyatı Vahid Aslan oğlu İsmayılov 24 oktyabr 1931-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. 1953-cü ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Müxtəlif vaxtlarda aqronom, kolxoz sədri işləmişdir. İşgüzarlığını və yüksək mənəvi keyfiyyətlərini nəzərə alıb onu partiya işinə çəkmişlər. 1965–1983-cü illərdə Zəngilan, Ağcabədi, Jdanov (indiki Beyləqan) rayonlarında birinci katib işləmişdir.

Bir neçə çağırış Ali Sovetin deputatı, Ali Sovetin Rəyasət Heyətinin üzvü olmuşdur. Sov. İKP MK-nın plenumlarına, qurultaylarına nümayəndə, Ali Sovetin Rəyasət Heyətinin, Mərkəzi Komitənin üzvü olmuşdur.

Mükafatları Lenin (1971), Oktyabr İnqilabı (1973), iki dəfə Qırmızı Əmək Bayrağı (1966, 1981) ordenləri ilə təltif edilmişdir.

Mənbə

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Beyləqan Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Zəngilan Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvləri