Müqəddəs Georgi kilsəsi – Qax rayonunun Qaxingiloy kənd ərazisində yerləşən gürcü-pravoslav kilsəsi. 1888-ci ildə xristian din əzabkeşi Müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilmişdir. Kilsə binasının ərazisi 120 m2-dir. Kilsə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. Orada dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir. 2006-cı ildə Azərbaycan prezidenti İlham Əliyev kilsəni ziyarət etmişdi.

Rəhbərlik Qax və Kürmük yeparxiyasının baş kafedralıdır. Kilsənin arxiyereyi Pyotr (Xumaraşvili)dir.

Qalereya

İstinadlar

Xarici keçidlər 30px|link=YouTube Əhməd Şahidov-un kilsə barədə video reportajı.

Kateqoriya:Qax kilsələri Kateqoriya:Pravoslav məbədləri Kateqoriya:İngiloylar Kateqoriya:Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti tərəfindən tikilən kilsələr Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:1855-ci ildə yarananlar