İmran Əzim oğlu Mehdiyev () — Azərbaycan alimi və dövlət xadimi, iqtisadi elmləri doktoru (1989), professor, beynəlxalq Mühəndislik Akademiyasının, Rusiya Maliyyə və İqtisadiyyat Akademiyasının və Azərbaycan Memarlar İttifaqının üzvü.
Elmi fəaliyyəti İmran Mehdiyev Əzim oğlu 1936-cı ildə Naxçıvan MSSR Ordubad şəhərində anadan olmuşdur.
1967-ci ildə SSRİ Dövlət Tikinti Komitəsinin Beton və Dəmir-Beton Elmi-Tədqiqat İnstitutunun aspiranturasını bitirmişdir. 1962–1963 və 1968–1971-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin tikinti və kommunal təsərrüfatı şöbəsində böyük referent olmuş, 1971–1976-cı illərdə Bakı Mərmər Məmulatları zavodunun direktoru işləmişdir.
1976–1979-cu illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1979–1982-ci illərdə isə Naxçıvan MSSR Nazirlər Soveti sədri vəzifəsində çalışmış, 1982–1983-cü illərdə Azərbaycan SSR Dövlət Qiymət Komitəsi sədrinin birinci müavini işləmişdir. 1983–1989-cu illərdə Azərbaycan Kommunist Partiyası İsmayıllı Rayon Komitəsinin birinci katibi olmuşdur.
1991–1999-cu ildən Azərbaycan Respublikası sənaye tikinti materialları nazirinin birinci müavini, "Azərsənayetikinti" Dövlət Konserinin birinci vitse-prezidenti vəzifələrində çalışmışdır. 1998-ci ilin iyun ayından Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində çalışmışdır.
Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin büro üzvü olmuş, Naxçıvan MSSR Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. İki dəfə Şərəf nişanı ordeni ilə, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına layiq görülmüşdür.
İdarəçilik və təşkilatçılıq işi ilə yanaşı, elmi-pedoqoji fəaliyyətdə göstərmişdir. Üç monoqrafiyanın, üç dərsliyin, 90-dan çox elmi məqalənin, bir neçə ixtiranın müəlifidir. Bir sıra elmi-tədqiqat və tədris institutları elmi şuralarının üzvü, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində tikintinin təşkili və idarə olunması kafedrasının professoru olmuşdur. İmran Mehdiyev Almaniyanın bir çox universitetlərində məruzələr etmişdir.
İmran Mehdiyev 10 mart 2023-cü ildə 87 yaşında vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər Naxçıvan MSSR-in adında dəyişiklik ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasında (Əsas Qanununda) dəyişikliklər edilməsi haqqında Naxçıvan MSSR (film, 1959) Dərsliklər
Kateqoriya:Azərbaycan Kommunist Partiyası İsmayıllı Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Nazirlər Sovetinin sədrləri Kateqoriya:Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavinləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri