Cahid Həsənov () — Azərbaycanın tanınmış memarı. Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının fəxri doktoru, professor
Həyatı Cahid Mirnağı oğlu Həsənov 1966-cı ildə Lənkəran rayonunda anadan olub.1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indi ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti) daxil olub və 1990-cı ildə oranı bitirib.1990–1995-ci ildə fərdi memarlıq-tikinti firmasında baş direktor kimi fəaliyyət göstərib.1996–1998-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin "Reklam və İnformasiya İdarəsin"nin rəisi çalışmışdır.1999–2003-cü illərdə Bakı şəhərində təsis "Memarlıq və Tikinti" firmasında baş direktor kimi fəaliyyət göstərmişdir,2003–2005-ci ildə Azərsun Holding firmasında Reklam departamendində aparıcı mütəxixəsis işləmişdir,2006–2008-ci illərdə Lənkəran Şəhərinin baş memarı vəzifəsində çalışmışdır.2009-cu ildən bu günədək "CH Architect" firmasının baş direktorudur."Lənkəranın memarlıq tarixi" adlı bir kitabın və on elmi məqalənin müəllifidir. 4 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafında xidmətləri "Tərəqqi" medalı ilə təltif olunub. Ailəlidir, iki övladı var.
Titul və mükafatları Beynəlxalq Reklam Festivalları diplomatı(1999–1999–200) Ümumidünya Reklamçılar Assosiasiyasının üzvü(New-York 2000) Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının Fəxri doktoru, Professor(Ankara,2008) Hannover Beynəlxalq Sosial Elmlər Akademiyasının Fəxri doktoru(Almaniya,2010) Sosial və İqtisadi Beynəlxalq Elmlər Akademiyasının Akademiki(İtaliya,2010) Türk Dünyasına Xidmət Qızıl medalı(Türkiyə, Ankara 2008) Birləşmiş Millətlər Təşkilatının "Şərəf və Ləyaqət"ordeni (2011) Birləşmiş Millətlər Təşkilatının "Mədəniyyət və İncəsənət Xidmət"ordeni(2011)
Layihələri və tikililəri thumb|Sumqayıt bulvarı, 04.09.2016 "Soyqırım Xatirə Kompleksi "(Lənkəran rayonu 2008) "Heydər Parkı"(Lənkəran rayonu 2006) "Xalq Sənətkarlığı Şəhərciyi "(Lənkəran rayonu 2007) "Heydər Parkı " (Qaradağ rayonu-2009) "Heydər Parkı " (Ağstafa rayonu-2009) "Gənclər Mərkəzi" (Ağstafa rayonu-2009) "Park AZPetrol" (Bakı şəhəri-2012) "Gənclər Mərkəzi" (Lənkəran rayonu-2013) "Park Nərimanov rayonu " (Bakı şəhəri −2013) "Atatürk Parkı" (Bakı şəhəri-2013) "Park Pirallahı " (Bakı şəhəri-2013) "Heydər Parkı " (Abşeron rayonu-2014) "Musiqi və İncəsənət Məktəbi" (Ağstafa rayonu-2015)Ağstafada Musiqi və İncəsənət Mərkəzinin təməlqoyma mərasimi keçirilib — FOTO "Gəncə Bulvarı " (Gəncə şəhəri-2015) "Əziz Əliyev Parkı" (Gəncə şəhəri-2015) "Əli və Nino Abidə Kompleksi" (Gəncə şəhəri-2015)Gəncədə "Əli və Nino"nun heykəli ucaldılacaq (FOTO) "Heydər Parkı " (Sumqayıt şəhəri-2015) "Sumqayt Bulvarı" (Sumqayıt şəhəri-2015)
Xarici keçidlər http://www.ekspress.az/az/musahibe/23499-taninmish-memar-ldquo-sari-gelin-rdquo-heykelinin-qarshisinda-g-ouml-r-uuml-shenedek http://www.xalqqazeti.com/az/news/interview/68520
İstinadlar
Kateqoriya:Azərbaycan memarları Kateqoriya:Lənkəranda doğulanlar Kateqoriya:Azərbaycan Memarlar İttifaqının üzvləri