Daewoo Motors — Cənubi Koreyanın 1982-ci ildə yaranmış avtomobil istehsalçısı olan şirkəti. Daewoo Group şirkətinin daxilində idi. Şirkət 2001-ci ildə əsas aktivlərini General Motorsa satır və 2002-ci ildə ləğv olunur.

Tarixi Şirkət 1937-ci ildə National Motors adı ilə yaranmışdır. Daha sonra 1962-ci ildə şirkət Saenara Motors kimi adlanır. 1965-ci ildə şirkət Shinjin Motorsa çevrilir. 1972-ci ildə şirkət General Motors Korea (GMK) kimi adlanmağa başlayır. 1976-cı ildə şirkət Saehan Motors kimi adlandırılır. 1982-ci ildən etibarən isə şirkət Daewoo Motors kimi adlandırılır və 2002-ci ilə kimi fəaliyyət göstərir.

Daewoo Motors-un ilk maşını 1986-cı ildə istehsal olunmuş Daewoo Racer olur. Bu maşın Opel Kadett E maşınının əsasında yaradılmışdı. 1994-cü ildə kimi bu maşın istehsal edildi. 1994–1997-ci illərdə isə Daewoo Nexia maşını istehsal edildi. Daewoo Nexia Daewoo Racer və Opel Kadett E maşınlarının əsasında hazırlanmışdı. Özbəkistanda UzDaewooAuto şirkətinin nəzdində və digər ölkələrdə də Daewoo Nexia hal-hazırda da istehsal edilir.

Bundan başqa Daewoo Espero, Nubira, Lanos, Matiz, Leganza maşınları da istehsal olunurdu.

Həmçinin bax Daewoo GM Daewoo UzDaewooAuto

Kateqoriya:Daewoo