"Qacaranın açarı" abidəsi (yerli azərbaycanlılar tərəfindən: Ayı heykəli; ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin Qafan və Qacaran şəhərlərini birləşdirən avtomobil yolunun solunda, Oxçuçayın sağ sahilində qaya üzərində yerləşən abidə.
Tarixi 1966-cı ildə Qafan-Qacaran avtomobil yolunun solunda, Oxçuçayın sağ sahilində qaya üzərində ucaldılan abidənin müəllifi heykəltaraş Marat Nuricanyandır. Abidə respublika əhəmiyyətli olub, Qafanın tarixi-mədəni daşınmaz abidələri siyahısındadır.
250px|thumb|right|Qafan şəhərini təmsil edən Qancasar FK-nın loqosunda "Ayı heykəli" Təsviri Oxçuçayın sahilində qaya üzərində yerləşmiş ağzında açar tutan ayı heykəli bərəkətli Zəngəzur torpaqlarını və onun uğrunda döyüşmüş zəngəzurluları simvolizə edir. Azərbaycanlı yerli sakinlər tərəfindən də "Ayı heykəli" adıyla tanınan abidə Qafan şəhərinin əsas simvollarından biridir.
İstinadlar
Kateqoriya:Ermənistan abidələri Kateqoriya:Qafan rayonu Kateqoriya:Sünik mərzi