Andrey Kozlov (; d. 25 dekabr 1960, Luqansk, Ukrayna SSR, SSRİ) — rusiyalı teleaparıcı, rejissor və prodüser. "Nə? Harada? Nə zaman?" elitar klubunun magistrı. "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının prezidenti. "İqra-TV" telekanalının baş direktorunun baş prodüseri və birinci müavini. Rusiya Televiziya Akademiyasının akademiki. "Breyn-rinq" proqramının quruluşçu rejissoru və aparıcısı.

Erkən illəri 1960-ci il dekabrın 25-də Luqanskda anadan olub ("İqra-TV" teleşirkətinin saytında qeyd olunub ki, Almaniyadan SSRİ-yə uçan təyyarədə dünyaya gəlib).

Donetsk universitetinin kimya fakültəsini bitirib. Sonralar Jdanov metallurgiya institutunda dərs deyib., 13 января 2008, проверено 14 мая 2010 1990-cı ildən Moskvada yaşayır.

Nə? Harada? Nə zaman? "Nə? Harada? Nə zaman?" klubuna redaksiyaya məktub yazaraq və seçim turunu keçərək düşüb. Elitar klubda ilk oyununu 1989-cu ildə keçirib. Yalnız komandanın kapitanı qismində çıxış edir. Klubun magistridir (2008-ci ildən). Üçqat "Büllur bayquş" (1992, 1994, 2008) və "Brilyant bayquş" (2008) mükafatlarının, eyni zamanda, "Klubun ən yaxşı kapitanı" (2001) poqonunun sahibidir. 27 dekabr 2008-ci ildə, mövsümün final oyununda "Superblits" raundunun hər üç sualına düzgün cavab verərək "Volkswagen Phaeton" avtomobilini qazanıb.

2014-cü il martın 15-də "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının prezidenti seçilib (bu postda Natalya Stetsenkonu əvəzləyib).

Televiziya karyerası 1990-cı ildən televiziyada işləyir.

Quruluşçu rejissor olduğu proqramlar: "İlk baxışdan məhəbbət" (1991—1993) "Breyn-rinq" (1993—2013); yaradıcı qrupun tərkibində 2010-cu ilin TEFİ mükafatı laureatı. "Verilişlər proqramı" "İstəklərinin icrası, yaxud milyonu necə xərcləməli?" "Mədəni inqilab" (2001—2017); yaradıcı qrupun tərkibində 2002 və 2006-cı ilin TEFİ mükafatı laureatı. "XX əsrin mahnıları" "Mənim evim, mənim şəhərim, mənim ölkəm" "Həyat gözəldir" "Böyük şəhərdə adam" "Biz və elm. Elm və biz"

Aparıcı olduğu proqramlar: "Breyn-rinq" (1991—2013 — Rusiya televiziyasında; hazırda — Azərbaycanda beynəlxalq televiziya turniri) "İstəklərinin icrası, yaxud milyonu necə xərcləməli?" "Verilişlər proqramı" "Mənim evim, mənim şəhərim, mənim ölkəm"

"İqra-TV" telekanalının baş direktorunun baş prodüseri və birinci müavinidir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiya rejissorları Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Luqanskda doğulanlar Kateqoriya:TEFİ mükafatı laureatları Kateqoriya:"Nə? Harada? Nə zaman?" oyunçuları Kateqoriya:Rusiya hüquqşünasları Kateqoriya:"Büllur bayquş" sahibləri Kateqoriya:"Brilyant bayquş" sahibləri