Bikaner — Hindistanın şimal qərbində, Racəstan ştatında şəhər.

Əhalisi Əhalisi 576 min (2005).

Coğrafiyası Tar səhrasında yerləşir. Nəqliyyat qovşağı.

Tarixi 1488-ci ildə eyniadlı Racput knyazlığının paytaxtı kimi salınmışdır; Mərkəzi Asiya ilə Şimali Hindistanı Qucarat portları ilə birləşdirən karvan yolları üstündə mühüm ticarət mərkəzi olmuşdur.

Memarlığı Hündürlüyü 5–9 m olan qala divarları, qırmızı qumdaşıdan orta əsrlərə aid Cunaqarh fortu (1588–93, ərazisində bir sıra saray kompleksləri vardır) saxlanılmışdır. Racəstan Universitetinin filialı; muzey (1937; terrakota, sikkə pullar, silah, miniatür kolleksiyası); Dəvəçilik milli elmi mərkəzi var. Hər il dəvə festivalı keçirilir.

Sənayesi Bikaner ticarət mərkəzidir. Elektrotexnika sənayesi müəssisələri; şüşə və dulusçuluq istehsalı var; xalça, toxuculuq məmulatı, yun parça, ayaqqabı və s. hazırlanır. Bədii sənətkarlıq (fil sümüyündən məmulatlar) inkişaf etmişdir. Yaxınlığında fosforitlər, asbest, gips, beril, mika, kaolin, çöl şpatı hasil olunur. Şəkillər

Həmçinin bax Bhaktapur Bhaqalpur Bhatpara Bhavnaqar

İstinadlar

Xarici keçidlər Şəhərin rəsmi internet səhifəsi

Kateqoriya:Hindistan şəhərləri