Xoy döyüşü — 15 İyul 1478-ci ildə Uzun Həsənin oğulları Sultan Xəlil və Sultan Yaqub arasında taxt müharibəsinə son qoyan həlledici döyüş sayılır. Döyüş Sultan Xəlilin üstünlüyü ilə başlasa da, Sultan Yaqubun qələbəsi ilə bitmiş və Sultan Xəlil öldürülmüşdür. Sultan Yaqub Təbrizə daxil olduqdan sonra Xəlilin tərəfdarlarının çoxunun bağışlanması haqqında qərar qəbul etdi.V. Minorsky, Persia in A. D. 1478-1490, s. 38-39.

Döyüşün səbəbləri 1478-ci ildə Uzun Həsənin ölümündənC. İbrahimov, Azərbaycan Tarixinə Aid Oçerklər, s. 99. sonra böyük oğlu Sultan Xəlil tezliklə özünü Təbrizə çatdırdı və adına xütbə oxudub, sikkə zərb etdirərək hökmdar elan edildi.J. E. Woods, Akkoyunlular, s. 231

Sultan Xəlil hakimiyyətə gəldikdən sonra qardaşları ilə müharibəyə başladı. Qardaşı Maqsudu öldürdü, digər qardaşları Yaqub və Yusifi isə sürgünə göndərdi.I. H. Uzunçarşılı, Anadolu Beylikleri, s. 195 Həmin il əmisi Murad bəy Bayanduru da məğlub edərək J. E. Woods, Ağqoyunlular, s. 233-234H. D. Yıldız, The Akkoyunlu, s. 218. hakimiyyəti mərkəzləşdirməyə başladı. Mərkəzləşdirmə siyasətini bəyənməyən türkman əmirləri bundan narazılıq etdilər.

Qısa bir zamanda Sultan Xəlilin müxalifləri Diyarbəkirə yığışmağa başladılar. Yaqub bəyin başçılığı altında böyük Ağqoyunlu sərkərdələri, Bayandur bəy, Süleyman bəy və böyük din adamı Qazi İsa bəy birləşərək Sultan Xəlilə qarşı cəbhə əmələ gətirdilər. Belə vəziyyətdən narahatlıq keçirən Sultan Xəlil, Yaqub bəyə qarşı hərəkətə başladı.J. E. Woods, Akkoyunlular, s. 234W. Hinz, Uzun Hasan ve Şeyh Cüneyd, s. 57C.İbrahimov, Azərbaycan Tarixinə Aid Oçerklər, s. 99-100

Döyüş İki ordu Xoy çayı yaxınlığında üz-üzə gəldilər.Yaqub bəyin sağ cinahına Süleyman bəy Bicənoğlu, Bəhram bəy Bayrami, İsgəndər bəy Piltən, Mahmud bəy başçılıq edirdilər. Onun sol cinahı Bayandur bəyin, Həsən ağa Çələbioğlunun, Yusif bəy Təvaçının və Maqsud bəyin başçılığı altında idi. Mərkəzdə isə Sultan Yaqubun özü mövqe tutmuş, ordunun manqalay birliklərinə isə Ömər bəy Cagirlü, Mənsur bəy Çəgəni, Yusif bəy, Xurşid bəy və Cəmşid bəyin övladları rəhbərlik edirdi. Sultan Xəlilin manqalay birliklərinə Şərafəddin Osman bəy Miranşahi, Şah Əli bəy Pornak, Sufi Xəlil bəy, sol cinahına əmir-i-əzəm Yusif bəy Bayandurlu, Əli Mirzə Yekan, Şibli bəy və Mahmud bəy, mərkəzə isə Sultan Xəlil özü rəhbərlik edirdi. Qızılbaşlar tarixində döyüş haqqında belə yazılıb:Qızılbaşlar tarixi, s.9.

Qızılbaşlar tarixində yazıldığı kimi əvvəl döyüşdəki üstünlük tamamilə Sultan Xəlilin qoşununun əlində idi. Sultan Yaqubun sərkərdəsi Bayandur bəyin döyüş çadırı Sultan Xəlilin qoşunu tərəfindən tutuldu. Həmçinin Süleyman bəy və Şahəli bəy Bayraminin oğlu Bəhram bəy əsir alındılar. Yaqub bəyin qoşununun sağ cinahı tamamilə darmadağın edildi. Lakin təsadüfən öz qoşun mərkəzini Yaqub bəyin mərkəzi ilə səhv salan Sultan Xəlil özü də bilmədən Yaqub bəyin mərkəzinə az qüvvə ilə sürətlə hərəkətə keçdi. Bunu gec başa düşən Sultan Xəlil məcbur olub döyüşməyə başladı və mühasirəyə düşdü. Mühasirədən çıxa bilməyən Sultan Xəlil, Şeyxəli bəy Möhürdarı və Başlamış bəy Əmiraxur tərəfindən öldürüldü. Xəlilin ölümündən xəbər tutan qoşunu isə qaçmağa başladı və dağıldı.Rumlu, Əhsənüt-Təvarix, s.309. 1478-ci ilin sentyabrında Təbrizə daxil olan Yaqub bəy sultan elan edildi.

İstinadlar

Ədəbiyyat Həsən bəy Rumlu. "Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı)". Kastamonu: Uzanlar, 2017, 661 s. "Qızılbaşlar tarixi". Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir. — Bakı, «Azərbaycan» nəşriyyatı. 1993 —48 s. Cəfər İbrahimov. "Azərbaycanın XV Əsr Tarixinə Dair Oçerklər". Bakı, 1958. J. E. Woods. 300 Yıllık Türk İmparatorluğu Akkoyunlular: aşiret, konfederasyon, imparatorluk. (tərc. Sibel Özbudun), Milliyet yay, İstanbul, 1993. İsmail Hakkı Uzunçarşılı. "Anadolu Beylikleri ve Akkoyunlu ve Karakoyunlu Devletleri". 4-cü Baskı, Ankara, 1988. Hakkı Dursun Yıldız, "The Akkoyunlu, A Short History of Turkish-Islamic States (Excluding the Otoman State)". Written by: İ. Kafesoğlu, H.D. Yıldız, E. Merçil and M. Saray, Ankara, 1994. Fazlullah ibn Ruzbixan Xundji. "Tarixi alam-aray-i Amini" (tərc. T.A.Minorskoy). Baku, 1987. Nəcəfli Tofiq Hümbət oğlu. "Azərbaycan Ağqoyunlu və Qaraqoyunlu dövlətləri". Bakı: Çaşıoğlu, 2012. Fadlallah İbn Ruzbihan; Minorsky Viladimir, Woods, John E. (redaktor). "Tarihi Alam-ara-i Amini: hamrah ba tarğuma-i muhtasar-i matn ba inglisi". London: Royal Asiatic Society. 1992

Həmçinin bax Ağqoyunlular

Xarici keçidlər TDV İslâm Ansiklopedisi - Faruk Sümer

Kateqoriya:Ağqoyunlular Kateqoriya:1478 Kateqoriya:Ağqoyunluların döyüşləri Kateqoriya:XV əsrdə Azərbaycan