Bhaktapur, Bhadqaon — Nepalın mərkəzində, Baqmati ançolunda şəhər.
Əhalisi Əhalisi 77,9 min (2006).
Coğrafiyası left|thumb|Siddha Pokhari Katmandu vadisində (təqribən 1400 m yüksəklikdə), Hindistanla Tibet arasındakı qədim ticarət yolu üzərindədir.
Tarixi Şəhər 9-cu əsrdə kral Anand Malla tərəfindən salınmışdır.
Memarlığı left|thumb|Bhaktapur Durbar meydanı Bhaktapurun mərkəzindəki Dərbar meydanında kərpicdən tikilmiş və oyma taxta detallarla bəzədilmiş üçmərtəbəli “55 pəncərəli saray” (Malla sülaləsi krallarının keçmiş iqamətgahı; inşasına 1427-ci ildə başlanılmış, 1697-ci ildə yenidən tikilmişdir); kral Bhupatindra Mallanın heykəli ilə birlikdə daş sütun (18-ci əsr; hündürlüyü 10 m) və kvadrat formalı pilləli kürsülük üzərində Batsal Devi məbədi (16–18-ci əsrlər; 1-ci mərtəbəsində sıra sütunlar vardır); Taumadhi meydanın da kərpicdən və taxtadan tikilmiş Nyatapola (Bhavani) məbədi (1700–08; hündürlüyü təqribən 45 m) yerləşir. Milli incəsənət qalereyası (orta əsrlərə dair Nepal rəngkarlığı və heykəltəraşlığı), Bürünc və tunc məmulatları muzeyi, Sanskrit əlyazmaları müzeyi fəaliyyət göstərir.
Sənayesi Kənd təsərrüfatı xammalı emal olunur. Kustar sənətkarlıq (dulusçuluq məmulatı, pambıq parça istehsalı, ağac üzərində oyma, zərgərlik və s.) inkişaf etmişdir. Bhaktapur kənd təsərrüfatı (taxıl, tərəvəz, meyvə) rayonunun ticarət mərkəzidir. Kərpic zavodu var.
Qalereya
Həmçinin bax Katmandu
İstinadlar
Xarici keçidlər Bhaktapur şəhərinin 1920-ci illərə aid qədim şəkilləri
Kateqoriya:Nepal şəhərləri Kateqoriya:XII əsrdə yaranan yaşayış məntəqələri