Mübariz Orucov (tam adı Orucov Mübariz Mənsur oğlu; ) — Azərbaycanlı sabiq futbolçu. müdafiəçi mövqeyində çıxış etmişdir.

Həyatı Mübariz Orucov 27 aprel 1974-cü ildə Sumqayıt şəhərində anadan olmuşdurMÜBARİZ ORUCOV. affa.az.

1991–1995-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışdır.

Karyerası Mübariz Orucov dövrünün ən istedadlı müdafiəçilərindən biri olmuşdur.

Klub karyerası O, peşəkar futbola 1991-ci ildə Sumqayıt "Xəzər"ində başlamışdır.

1997-ci ildə Masallının "Viləş" klubuna keçib; bu komanda ilə Azərbaycan çempionatında bürünc medallara sahib çıxan Mübariz, 1999–2001-ci illər ərzində "Şəmkir"lə ardıcıl iki dəfə Azərbaycan çempionu olub.

2001–2006-cı illər ərzində "Qarabağ"ın şərəfini qorumuş və Ağdam təmsilçisi ilə Azərbaycan kubokunu qazanmaqla yanaşı, ölkə çempionatının bürünc medalını da qazanıb. Onun futbolçu kimi sonuncu komandası isə Premyer Liqanın 2006/2008 mövsümündə oynadığı "Karvan" olub.

Mübariz Orucov Azərbaycan çempionatlarında ən çox forma geyinən 8-ci futbolçudur. O, milli çempionatda 311 dəfə meydana çıxıb"Doğma şəhərimdə futbolun inkişafı üçün əlimdən gələni etməyə hazıram" . stadium.az, 11.06.2012.

Milli komanda karyerası 2001-ci ildə Azərbaycan milli futbol komandasına dəvət olunmuş və 2 oyunda meydana çıxmışdır.

Məşqçilik fəaliyyəti Mübariz Orucov futbolçu karyerasını başa vurduqdan sonra B kateqoriyalı məşqçi kurslarını uğurla başa vuraraq "Qarabağ"da məşqçilik fəaliyyətinə başlayıb. O, Ağdam klubunun U-15 komandasının baş məşqçisi kimi 2009/2010 mövsümünü "Kapital Bank U-15 Liqası"nın çempion kimi tamamlayıb. Onun rəhbərlik etdiyi "Qarabağ"ın U-17 komandası isə 2011/12 mövsümdə gümüş medallara sahib çıxıb.

2012-ci ilin yayında "Sumqayıt"ın əvəzedici komandasına məşqçi təyin olunmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sumqayıtda doğulanlar Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Viləş Masallı FK futbolçuları Kateqoriya:Şəmkir FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Karvan-Yevlax FK futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Azərbaycan İdman Akademiyasının məzunları Kateqoriya:SSRİ futbolçuları