Anton Botev () — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.
Karyerası Anton Botev 2003-cü ildə Rusiyada baş tutan yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu. Daha sonra isə Anton Botev 2005-ci ildə Polşada və 2006-cı ildə Macarıstanda gənclər arasında Avropa Çempionatının final görüşlərində məğlub olaraq turniri gümüş medallarla başa vurdu. Rusiya yığmasının heyətində "bir nömrə" olmağı bacarmayan Anton Botev 2007-ci ildə Azərbaycan Güləş Federasiyası tərəfindən Azərbaycan yığmasının heyətinə cəlb edildi.
2007-ci ildə Dünya Çempionatını 16-cı pillədə başa vuran Anton Botev 2008-ci ildə Avropa Çempionatında da uğursuz çıxış etdi və 17-ci pillədə qərarlaşdı. Həmin ilin mayında İtaliyada Dünya Olimpiya Təsnifat Turnirinin bürünc medalına sahib olmaqla Anton Botev olimpiya lisenziyasına sahib oldu. Olimpiadadan əvvəl iyunda Qızıl Qran-Pri beynəlxalq turnirini beşinci pillədə başa vuran Anton Botev olimpiada da uğursuz çıxış etdi.
Anton Botev olimpiadanın təsnifat mərhələsində 2000-ci il Sidney Olimpiadasının finalçısı Özbəkistan nümayəndəsi David Saldadze ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində 2:1 hesabı ilə Botev, növbəti hissəsində isə 2:1 hesabı ilə Saldadze qalib gəldi. Belə olan halda görüşün taleyi üçüncü hissədə həll olundu. Bu hissədə Anton Botev rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İsveç nümayəndəsi Yalmar Sjöberq oldu. Həmin görüşdə Anton Botev rəqibinə 0:2 hesabı ilə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Anton Botev təsəlliverici qrupda da mübarizə aparmadı və olimpiadanı 10-cu pillədə başa vurdu.
Anton Botev 2008-ci ildə idmanla vidalaşdı.
Nəticələri SıraİlYarışEv sahibiNəticə Rusiya12003Yeniyetmələrin Avropa Çempionatı Rusiya1.22005Gənclərin Avropa Çempionatı Polşa2.32006Gənclərin Avropa Çempionatı Macarıstan2. Azərbaycan42007Dünya Çempionatı Azərbaycan16.52008Avropa Çempionatı Finlandiya17.6Dünya Olimpiya Təsnifat Turniri İtaliya3.7Qızıl Qran-Pri Azərbaycan5.8Olimpiya Oyunları Çin8.
İstinadlar
Kateqoriya:Rusiyanın yunan-roma güləşçiləri Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Rusəsilli azərbaycanlılar Kateqoriya:Rusiya idman ustaları