Sakit Alıyev () — müdafiəçi mövqeyində oynamış sovet və Azərbaycan futbolçusu.

Həyatı Onun peşəkar səviyyədə ilk klubu Azərbaycan Premyer Liqasında çıxış edən Tovuzun "Turan" komandası olmuşdur. Klubda keçirdiyi 5 il ərzində 1993/94 mövsümündə Azərbaycan çempionluğunu qazanmışdır.

Azərbaycan yığmasında yeganə oynunu Slovakiyaya qarşı keçirtmişdir.

1997/98 mövsümündə Gəncənin "Kəpəz" komandasının futbolçusu idi, sonra yenidən "Turan"a qayıtdı və orada 39 yaşında futbolçu karyerasını başa vurdu.

Avrokuboklarda 4 oyunda iştirak etmişdir — "Turan"ın heyətində UEFA Kubokunun 1994/95 mövsümündə 2 oyun və "Kəpəz"in heyətində 1997/98 Kuboklar Kubokunda 2 oyun.

Məşqçi karyerası Məşqçilik karyerasına "Turan"ın o zamanki baş məşqçi Naci Şensoyun assistenti kimi başlamışdır, 2006-cı ilin yanvarında türkiyəli mütəxəssis istefaya göndərildi, Alıyev isə komandanın baş məşqçisi təyin olundu. Baş məşqçi kimi 1,5 mövsüm işlədi.

2008-ci ildə "A" kateqoriyalı məşqçilik lisenziyasını qazandı. Мирджавадов и Сакит Алыев стали тренерами одинаковой категории (rusca)

2009/10 mövsümündə "Turanın" məşqçisi oldu, 2010-cu ilin iyunundan isə yenidən komandaya başçılıq etdi. Azərbaycan Premyer Liqasının 2010/11 mövsümün 7-ci turunda səfərdə "Bakı" komandasına 3:1 məğlubiyyətdən sonra baş məşqçi postunu tərk etdi. Həmin vaxt komanda 3 oyun heç-heçə edərək və 4 oyunu uduzaraq, turnir cədvəlində sondan əvvəlki pillədə qərarlaşırdı. Alıyevin yerini Revaz Dzodzuaşvili tutdu, hansı ki əvvəl klubda məsləhətçi məşqçi vəzifəsində çalışırdı.

2010-cu ilin oktyabrında "Turan" uşaq məktəbinin məşqçisi oldu, az sonra isə əsas komandanın məşqçi vəzifəsinə qayıtdı.

Nailiyyətləri

Çempionat Azərbaycan çempionu: 1993/94 ("Turanın" heyətində), 1997/98 ("Kəpəzin" heyətində) Azərbaycan çempionatının gümüş mükafatçısı: 1994/95 ("Turanın" heyətində) Azərbaycan çempionatının bürünc mükafatçısı: 1992, 1993 ("Turanın" heyətində)

İstinadlar

Xarici keçidlər FootballFacts.ru saytında profili soccerdatabase.eu saytında profili

Kateqoriya:Tovuzda doğulanlar Kateqoriya:Tovuzda vəfat edənlər Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları