Yelena Parxomenko (d. 11 sentyabr 1982; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən voleybolçu. Yelena Parxomenko, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatında 13-cü yeri, 2014-cü ildə baş tutan Dünya Çempionatına isə 15-ci yeri tutub.

Həyatı Yelena Parxomenko 11 sentyabr 1982-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Yelena Parxomenkonın bacısı, Oksana Kurt da voleybolçudur və Azərbaycan yığmasında çıxış edib.

Karyerası Yelena Parxomenko, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.

Yelena Parxomenko daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu.

Yelena Parxomenko bir ildən sonra, 2007-ci ildə Belçika və Lüksemburqda baş tutan Avropa Çempionatına qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.

Yelena Parxomenko üçüncü dəfə Avropa Çempionatına, 2009-cu ildə Polşada baş tutan yarışda qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.

Yelena Parxomenko dördüncü dəfə Avropa Çempionatına, 2011-ci ildə İtaliya və Serbiyada baş tutan yarışda qatıldı. Yarışların pley-off mərhələsində Azərbaycan yığması, Niderland yığmasına 1:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 16 yığma sırasında 9-cu yerdə başa vurdu.

Yelena Parxomenko sonuncu, beşinci dəfə Avropa Çempionatına, 2013-cü ildə Almaniya və İsveçrədə baş tutan yarışda qatıldı. Yarışlarda, bütün 3 oyunda məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 15-ci yerdə başa vurdu.

Yelena Parxomenko daha sonra, 2014-cü ildə İtaliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 15-ci yerdə başa vurdu.

Həmçinin bax Azərbaycan 2015 Avropa Oyunlarında

İstinadlar

Kateqoriya:2015 Avropa Oyunlarında voleybolçular Kateqoriya:Rusəsilli azərbaycanlılar Kateqoriya:Bakıda doğulmuş idmançılar Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:Azərbaycanın qadın voleybolçuları