400px|right|thumb|Turan coğrafiyası narıncı xətt ilə göstərilmişdir (1850). Aral gölünün şərqində "Turan" adı görünür. Əfsanəyə görə Turan indiki Özbəkistan, Qazaxıstan, Əfqanıstan və Pakistanın şimal bölgələrini əhatə edən coğrafiyaya deyilir. Bu ərazi bu gün Orta Asya termini ilə eyniləşməkdədir. Xəritədə Turan adlanan əraziyə daxil olan bölgələrin bir hissəsi: 1. Xarəzm, 2. Buxara ilə Bəlx, 3. Şəhərsəbz (Buxara yaxınlığında), 4. Hisar, 5. Kokand, 6. Dərvaz, 7. Karategin, 8. Qunduz, 9. Kafiristan, 10. Çitral, 11. Gilgit, 12. İskardu, 13. Qazaxıstanın şimal stepləri. Turan () — Mərkəzi Asiyada tarixi bir ərazidir. Termin İran mənşəlidir.
Turan adına Avesta və Firdovsinin Şahnamə əsərində rast gəlmək olar. Tarixi İran-Turan müharibələrində Əfrasiyab Turan imperatoru olaraq nəql edilir. Turan sözü XIX əsrdən etibarən ideoloji bir terminə çevrildi. Bu ideologiya Türk tarixində siyasi, hərbi və mədəni sahələrə öz təsirini göstərib. Azərbaycanda turançılıq ideologiyasının ən məşhur daşıyıcılarından biri Əli bəy Hüseynzadə olub. Həmçinin tanınmış Azərbaycan şairi və repressiya qurbanı Hüseyn Cavid bu ideologiyanın daşıyıcısı olub və təsadüfi deyil ki, öz qızına Turan (Turan Cavid) adı verib.
İsrailin Turan şəhəri eramızın 15-ci əsrində Osmanlılar tərəfindən salınıb və bu gün xristian və müsəlman sakinlərin yaşadığı yerdir. Türkiyəli siyasətçilər Osmanlı İmperiyasının əyalətlərinin (Suriya Vilayəti və Beyrut Vilayəti) də Turanın tərkibinə daxil olduğunu nəzərə alaraq, Turan-ın İsrail Krallığının paytaxtı qədim Samariya şəhəri ilə cənubdakı tarixi sərhədinə işarə edirlər.
İstinadlar
Mənbə "Qırğız tarixi. Ensiklopediya" Bişkek 2003 "Mamlekettik til cana entsiklopediya borboru" "İ. Arabaev atındağı Kırgız mamlekettik Pedagogikalık universiteti" "Başkı red. Ü. А. Asanov, cooptuu red. А. А. Asankanov" "Red keñeş: Ö. C. Osmonov (töraga) T. N Ömürbekov"
Həmçinin bax Pantürkizm İsmayıl Qaspiralı Əli bəy Hüseynzadə
Kateqoriya:Coğrafiya Kateqoriya:Turançılıq Kateqoriya:Fars dilində sözlər və ifadələr Kateqoriya:İran tarixi Kateqoriya:İran mədəniyyəti Kateqoriya:Tarixi vilayətlər Kateqoriya:Asiya regionları Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Mərkəzi Asiya tarixi Kateqoriya:Asiyanın tarixi vilayətləri Kateqoriya:Zərdüştçülük