() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Təbii halda Şimali Amerikada yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 2 m-ə çatan, şaxəli, çubuqvari koldur. Yanlardan çoxlu kök pöhrələri verir. Yarpaqları təklələkvari, tökülən, uzunluğu 8-20 sm-dir. Yarpaqcıqların sayı 11-25 ədəddir. Yarpaqcıqları uzunsov-ellipsvarı və ya ovalşəkilli, uzunluğu 2,5-4 sm-ə çatır, rəngi tünd yaşıldır. Xırda çiçəkləri əvvəlcə bənövşəyi, sonradan tutqun qırmızımtıl rəngdə olub, uzunluğu 15 sm-ə qədər, sıx, ensiz, dikduran, sünbülvari təpə salxımlarda yerləşir. Çiçəkaltlıqları xırdadır. Kasacığı zəngvarı, vəzili olub, 4 küt dişli və bir alt çıxıntılıdır. Tacı birləçəkli, qırmızımtıl-bənövşəyi, uzunluğu kasacığından 2-3 dəfə böyükdür. Erkəkcikləri uzanmış, narıncı-sarı rəngdə, tozkisəlidir. Tozkisələri tacın ləçəyi üzərində ucalır. Sütuncuğu düz yönəlmiş, telvaridir. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust-sentyabrda yetişir. Paxlası tünd-qonur, açılmayan, uzunluğu 7-9 mm-ə qədər, eni 2,8-3,3 mm-dir. Xırda, uzunsov, ovalşəkilli toxumları, yaşılımtıl-şabalıdı rəngli, parlaqdır. Uzunluğu 3-5 mm, eni 1,5-2 mm və ya əyilmiş buruncuqludur. Toxum, kök bicləri və qələm vasitəsilə çoxalır.
Ekologiyası Quraqlığa, işığa, şaxtayadavamlı, işıqsəvən koldur. Quru, qumlu və şoran torpaqlarda yaxşı inkişaf edir.
Azərbaycanda yayılması Dendrologiya İnstitutunun təcrübə sahəsində introduksiya edilmişdir.
İstifadəsi Dekorativ bitki kimi park və bağların yaşıllaşdırılmasında istifadəsi məqsədyönlüdür. Meyvələrin qabığından alınmış cövhərdən təbabətdə istifadə olunur. Efir yağlı bitkidir. Yarpaqlarınının tərkibində terpen, amorfen və kadinen adlanan xüsusi seskviterpenli, 0,05-0,08% efir yağı vardır.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avrasiya florası Kateqoriya:Ətraf mühitin mühafizəsi Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:ABŞ florası