İrmaşlı Kilsəsi və ya yerli xalq arasında Pir olaraq bilinən XVI–XVII əsrə aid olduğu güman edilən xristian abidəsi.

Abidə Şəmkir Rayonunun Dağ-Daşbulaq kəndi (əvvəllər Dağ İrmaşlı) ərazisində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşir. thumb Kilsənin şərq divarının aşağı hissəsindəki işləməli daşda erməni dilində "ԵՍ ՊԷԿ ԵԼԽաՆՍ ՈրԴ|Ի ՏՈԼՈՅԽաՆիՍ ԿաՆԿնեՑոՒՑԻ ՍուրԲԽաչՍ ԲԱՐԷԽՈՍ ՊաՐՈՆ | ՏաՐՍաԻՃԻՆ ԹՎ" yazıldığı məlum olmuşdur.

Alman qafqazşünası Yost Gippertə görə mətnin tərcüməsi "Mən, Elxan bəy, Toloyxanın oğlu, rəhmətlik məlik Tarsayiç üçün bu müqəddəs xaçı qoyuram" olaraq təqdim edilmişdir.

Erməni tarixşünas Samvel Karapetyan isə eyni yazını "Mən Bəki xan, oğlum Voroy xanla bu Müqəddəs Xaçı cənab Tarsaiçin xatirəsinə ucaltdıq.""Northern Artsakh", Karapetyan Samvel, səh. 479 kimi oxumağı təklif etmişdir, lakin onun təklif etdiyi versiya Qaciqyan adlı qeyri-müəyyən bir mənbəyə isnad edildiyindən, səhih hesab edilə bilməz. Hətta Karapetyan kilsə ilə bağlı qeydlərində "həmin dövrə aid olduğu bəllidir" deyərək, dəqiq tarix — "1621-ci il" vermişdir. Bu da müəllifə qarşı ciddi güvən əksikliyi yaratmışdır. İstinadlar

Xarici keçidlər İrmaşlı Kilsəsi Kateqoriya:Alban kilsələri Kateqoriya:Şəmkir rayonunun abidələri