Çopuryal dağı – Culfa rayonu ərazisində dağ (hünd. 929,8 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Çeşməbasar kəndindən 5 km şimal-qərbdədir. Orta Miosenin Karaqan regiomərtəbəsinə aid Payız lay dəstəsinin üfüqi yatan qumlu-gilli çöküntülərindən təşkil olunmuş maili yüksəklikdir. Zirvə hissəsi və şimal-qərb yamacı Orta Pleystosenin allüvial-prolüvial çöküntüləri ilə örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahında müşahidə edilən Darıdağ antiklinalının Naxçıvan qoyulma çökəkliyinin hüdudlarına izlənilən şimal-qərb periklinal hissəsinin  Orta Pleystosen törəmələrilə əhatə olunmuş maili şimal-şərq qanadının erozion  qalığına cavab verir.

CABRIYAL DAĞl – Culfa rayonu ərazisində Çopuryal dağının yerli əhali arasında işlədilən başqa adı.

İstinadlar

Həmçinin bax Ağdaban dağı Xarxat dağı Bərdidaş dağı

Kateqoriya:Culfa rayonunun dağları