alt=Physical map (Altay, Sayan, Baikal, Mongolian Altai)|thumb|335x335px|Fiziki xəritə (Altay, Sayan, Baykal və Monqol Altayı) Altay-Sayan regionu — İç Asiyanın Rusiya, Çin, Monqolustan və Qazaxıstanın birləşdiyi yerdə, Altay və Sayan dağlarına yaxın yerləşən regionu. Regionun bioloji, landşaft, tarixi, mədəni və dini müxtəlifliyi unikaldır. Regionda 317-si endemik olan 700 nəsli kəsilməkdə olan və ya nadir növ də daxil olmaqla 3 726 növ bitki qeydə alınmışdır. Faunaya isə 680 növdən ibarətdir ki, onların da 6%-i endemikdir. Ərazinin ekosistemi son buz dövründən bəri demək olar ki, dəyişməz qalıb və faunası sayqak, baykal suitisi və qar bəbiri də daxil olmaqla nəsli kəsilməkdə olan bəzi növləri ehtiva edir. Bu səbəbdən region davam edən ətraf mühitin mühafizəsi üzrə beynəlxalq və regional təşəbbüslərin diqqət mərkəzindədir.

Ərazi həm də mədəni cəhətdən müxtəlifdir: dörd dil qrupu (rus, monqol, sinit və türk, həmçinin əvvəllər samodi və yenisey dili) və ənənəvi torpaqdan istifadə sistemlərini tətbiq edən 20-dən çox yerli etnik qrupa ev sahibliyi edir.

Coğrafiya alt=Snow leopard|right|thumb|Ən şimal yaşayış yeri Altay-Sayan bölgəsində olan qar bəbiri qlobal miqyasda nəsli kəsilməkdə olan növdür.

|284x284px Altay-Sayan ekoregionu Altay və Sayan dağlarını ehtiva edir və onlarla eyni adı daşıyır. Altay dağları Rusiya, Çin, Monqolustan və Qazaxıstanın birləşdiyi və İrtış və Ob çaylarının başlanğıcını götürdüyü Şərqi-Mərkəzi Asiyada dağ silsiləsidir. Sayan dağları isə Monqolustanın şimal-qərbi ilə Cənubi Sibir arasında yerləşir.

Altay-Sayan regionunu ümumi sahəsi 1 065 000 kvadrat kilometrdir və ərazisi Rusiya (62%), Monqolustan (29%), Qazaxıstan (5%) və Çinə (4%) aiddir.

Rusiyanın Kemerovo, Novosibirsk və İrkutsk vilayətlərinin bir hissəsi və ya hamısı, Altay və Krasnoyarsk diyarları, Altay, Xakasiya, Tuva və Buryatiya Muxtar Respublikaları, Çinin Sincan-Uyğur Muxtar Rayonunun İli-Qazax Muxtar dairəsi, Qazaxıstanın Şərqi Qazaxıstan vilayəti və Monqolustanın Qovi-Altay, Xovd, Bayan-Ölqiy, Uvs və Zavxan, və Xövsgöl əyalətlərinin bir hissəsi Altay-Sayan regionu ərazisində yerləşir.

Antropologiya Altay-Sayan regionu 2010-cu ildə yeni insan növü olan Denisovalıların 50 000 illik fosillərinin kəşfi ilə məşhur olan Denis mağarasını ehtiva edir. Bu kəşfdən sonra mağarada neandertal sümükləri və homom sapiens tərəfindən hazırlanmış alətlər də tapılmışdır ki, bu da onu hər üç homininin yaşadığı yeganə yer halına gətirir. Bölgədəki digər qədim arxeoloji ərazi olan Xakasiyadakı Malaya Syya isə eramızdan əvvəl 35 000-ci ilə aid edilir.

Son genetik tədqiqatlar göstərmişdir ki, Amerika qitəsinin bəzi yerli xalqlarının əcdadları qismən cənub Altaylılardır.

Ekologiya və mühafizə New Scientist-ə görə Altay-Sayan regionundakı məməli populyasiyası yer üzündəki hər hansı digər regionun məməli populyasiyası ilə müqayisədə son buz dövründən bəri ən az dəyişmiş faunadır.Barras, Collin (2014); '"Ice-age animals live on in Eurasian mountain range" , New Scientist (accessed 24 January 2014)

Ekoregionda UNESCO-nun üç əsas ümumdünya irsi obyekti: Altay və Katun təbii qoruqları, Teletskoye gölü, Beluxa dağı və Ukok yaylasından ibarət Altayın Qızıl Dağları; regionun şərq sərhədinin bir hissəsini təşkil edən Baykal gölü və Uvs Nuur hövzəsi yerləşir.

İstinadlar

Kateqoriya:Asiyanın ekoregionları Kateqoriya:Şimali Asiya