Hadisələr 2 yanvar — III Napoleon tərəfindən deputat Emil Olivyenin Fransanın Baş Naziri təyin edilməsi. 10 yanvar — ABŞ-də Con Rokfellerin başçılıq etdiyi Standart Oyl trestinin yaradılması haqqında aktın təsdiq olunması. 17 fevral — Böyük Britaniya parlamenti tərəfindən 5 yaşdan 12 yaşadək uşaqların icbari qaydada məktəbə getməsi barədə qanun layihəsinin qəbul edilməsi. 22 fevral — Meksikanın şimalındakı üsyanın yatırılması. 20 mart — Venesuela prezidenti Xose Ruperto Monasasın hakimiyyətdən devrilməsi. 8 may — Fransada keçirilən plebisitlə yeni Konstitusiyanın təsdiq edilməsi. 17 may — Argentinada Mərkəzi Argentina dəmiryol xəttinin açılması. 21 may — Fransada İkinci İmperiyanın yeni Konstitusiyasının qüvvəyə minməsi. 1 iyun — ABŞ-də əhalinin siyahıya alınması. 26 iyun — Kolumbiya və ABŞ arasında Panama tikintisi haqqında müqaviənin imzalanması. 19 iyul — Fransa — Prussiya müharibəsinin başlanması. 31 iyul — Yeni Zelandiyada Britaniya ordusu tərəfindən maori tayfasının üçüncü üsyanının yatırılması. 1 avqust — Böyük Btitaniyada İrlandiya üçün torpaq qanununun qəbul edilməsi. 9 avqust — Böyük Btitaniyada ibtidai təhsil haqqında qanunun qəbul edilməsi. 11 avqust — Fransada yenidən Milli qvardiyanın yenidən yaradılması. 2 sentyabr — Sedan ətrafında Fransa ordusu ağır məğlubiyyətə uğradı. 4 sentyabr — Fransada II İmperiya dövrünə son qoyuldu. sentyabr — İtaliya könüllüləri və kral ordusu Romaya daxil oldu, Papa vilayəti İtaliya krallığına birləşdirildi. Abxaziyada təhkimçilik hüququ ləğv edildi. Rusiyada şəhər özünüidarə islahatının keçirilməsi. Rusiya imperatoru II Aleksandr tərəfindən "Cənubi Qafqaz quberniyaları: Yelizavetpol, Bakı, İrəvan və qismən Tiflis quberniyaları "ali müsəlman silki"ndən olan şəxslərin torpaqlarında sakin olan kəndlilərin torpaq quruluşu haqqında Əsasnamə"nin imzalanması. İrəvan quberniyasının tərkibində Şərur-Dərələyəz və Naxçıvan qəzalarının yaradılması. Bakıda incilçi lüteran icmasının yaradılması. Lisinanın binası (Taqanroq)

Doğumlar 14 aprel – Nəriman Nərimanov. 22 aprel – Vladimir Lenin 17 may – Əbdürrəhim bəy Haqverdiyev. 1 iyun – Selesten Buqle 12 dekabr – Edqar Bloşe, fransız şərqşünası. Həmdulla əfəndi Əfəndizadə – ictimai-siyasi və hərbi xadim. Ahıskalı aşıq Səfili

Ölümlər Görkəmli şərqşünas Məhəmməd Əli Mirzə Kazımbəy.