Naxçıvan Muxtar Respublikanın iqliminin tədqiqində İ. V. Fiqurovski, Ə. M. Şıxlınski, Ə. A. Mədətzadə, P. Mirzəyev və başqalarının xidmətləri olmuşdur. Naxçıvan MR-in özünəməxsus iqlim şəraiti vardır. Bu iqlim özünün kəskin kontinentallığı ilə Azərbaycanın digər ərazilərinin iqlim xüsusiyyətlərindən fərqlənir. Ə. M. Şıxlınski Naxçıvan MR-in iqlimini tədqiq edərək, burada üç iqlim tipi ayırmışdır ki, onun da yalnız biri Arazboyu maili düzənliyə aid edilmişdirFeyruz Bağırov. Naxçıvanın təbii sərvətləri. Naxçıvan-2008..

Naxçıvan MR özünün kəskin kontinental iqlimi ilə Azərbaycanın digər fiziki-coğrafi vilayətlərindən fərqlənir. Ərazidə iqlimi yaradan əsas amillər — günəş radiasiyasının bolluğu, atmosfer dövranının mürəkkəbliyi, relyefin isə xeyli müxtəlif olması ilə səciyyələnir. Qeyd etmək lazımdır ki, tipik dağlıq ölkə olan Naxçıvan MR-in müasir iqliminin yaranmasında relyef əsas rollardan birini oynayır. Şərqdən, şimal-şərqdən və şimaldan Zəngəzur və Dərələyəz dağları ilə əhatə edilməsi, Ermənistan və İran yaylaları ilə qonşu olması, həmçinin geniş su hövzələrindən xeyli uzaqlığı Muxtar respublikada xüsusi iqlim şəraitinin yaranmasına səbəb olmuşdur. Relyef amili öz növbəsində meteoroloji ünsürlərin — havanın temperaturunun, rütubətin, yağıntıların, küləklərin xüsusi rejimini yaradır. Muxtar respublikanın ərazisində demək olar ki, bütün fiziki coğrafi ünsürlərin şaquli zonallığı müşahidə edilir. Məhz buna görə də landşaft qurşaqları ilə iqlim qurşaqları arasındakı mövcud əlaqəni nəzərə alaraq, iqlimin ayrı-ayrı ünsürlərinin tədqiqini şaquli zonallıq qanununa uyğun tərzdə aparılıb.

Günəş radiasiyası Günəş radiasiyasının gərginliyi əsasən günəşli saatların miqdarı ilə hesablanır. Naxçıvanın düzənlik və qismən alçaq dağlıq sahələrində günəşli saatların miqdarı (orta illik kəmiyyəti 2800 saata bərabərdir) Azərbaycanın digər rayonlarından çoxdur. İllik ümumi radiasiya (kkal/sm2-lə) Muxtar respublikanın orta dağlıq qurşağında müşahidə edilən günəşli saatların orta illik miqdarı (2600 saat) respublika ərazisinin ancaq düzənlik hissəsində (Kür-Araz ovalığı) və qismən alçaq dağlıq hissəsində (Abşeron yarımadası, cənub-şərqi Qobustan, Ceyrançöl və s.) müşahidə edilir. Yüksək dağlıq qurşaqda bu 2400 saata çatır. Ərazidə günəşli saatların çoxluğu nəticəsidir ki, burada ümumi radiasiyanın və radiasiya balansının miqdarı xeyli böyükdür. Qeyd etdiyimiz bu ünsürlərlə yüksəklik arasında sıx əlaqə mövcuddur. Radiasiya ən çox ərazinin düzənlik və dağlıq qurşaqlarında müşahidə edilir. İlin isti yarısında olan radiasiya soyuq dövrünə nisbətən iki dəfə artıqdır. Qeyd etmək lazımdır ki, Naxçıvan MR ərazisində müşahidə edilən (bütün yüksəkliklərdə) ümumi radiasiyaya ancaq Böyük Qafqazın yüksək dağlıq sahələrində rast gəlinir. Radiasiya balansı ilin dövr və fəsillərindən asılı olaraq maksimum qiymətə Arazboyu düzənlikdə 44–45, orta dağlıq qurşaqda 35–40, yüksək dağlıq qurşaqda isə 20 kkal/kv.sm qədərdir. İllik radiasiya balansının təxminən 50 faizi ancaq yay aylarının payına düşür. Ümumi radiasiya və radiasiya balansı iqlimin digər ünsürləri kimi aydın nəzərə çarpan illik gedişə malikdir. Bu ünsürlər maksimum qiymətə iyul, minimum qiymətə isə yanvar ayında çatır.Səfərəli Babayev. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Elm-1999

Havanın temperaturu Havanın orta illik temperaturu Arazboyu düzənlikdə və alçaq dağlıq qurşaqda 14–12 dərəcə, orta dağlıq qurşaqda 8–5 dərəcə, yüksək dağlıq qurşaqda isə (2500–3000 metr) 2–1 dərəcə arasında dəyişir. Zəngəzur silsiləsinin cənub-şərqində yerləşən ən yüksək qayalıq hissədə (3500 metr) orta illik temperatur mənfi 4 dərəcəyə qədər enir. İlin ən soyuq ayının (yanvar) orta aylıq temperaturu Arazboyu düzənlikdə və alçaq dağlıq hissədə mənfi 6–10 dərəcə, yüksək dağlıq qurşaqda isə mənfi 10–14 dərəcə (bəzən ondan da aşağı) arasında dəyişir. İlin əsas isti ayının (iyul) orta aylıq temperaturu düzənlik və alçaq dağlıq qurşaqda 28–24 dərəcə, orta dağlıq qurşaqda 20–16 dərəcə, yüksək dağlıq qurşaqda isə 8–6 dərəcə arasında tərəddüd edir. Qeyd etmək lazımdır ki, Naxçıvan MR ərazisinin düzənlik hissəsində iyul ayında olan orta aylıq temperatura (28 dərəcə) Azərbaycan ərazisinin heç yerində rast gəlinmir. Belə yüksək temperatur ancaq Orta Asiya ərazisində müşahidə edilir. Qış aylarında güclü soyuma nəticəsində burada bəzən kəskin şaxtalar olur. Havanın temperaturunun orta mütləq minimumu düzənlik, qismən də alçaq dağlıq qurşaqda mənfi 15–18 dərəcə olduğu halda, orta dağlıq qurşaqda mənfi 18–22 dərəcəyə, yüksək dağlıq qurşaqda isə mənfi 30 dərəcəyə qədər aşağı düşür. Deməli, orta mütləq minimum düzənlikdən yüksək dağlara doğru mənfi 15 dərəcəyə qədər dəyişir. Arazboyu düzənlikdə müşahidə olunan mütləq minimum Cənubi Qafqazın digər yerlərində müşahidə edilmir. Orta dağlıq qurşaqda (1400–2500 m) müşahidə edilən mütləq minimum (mənfi 26–30 dərəcə) Azərbaycanın Kiçik və Böyük Qafqaz hissəsinin ancaq yüksək dağlıq sahələrində (2500–4500 m) qeyd olunur. Ərazi üçün havanın mütləq minimum temperaturu hələlik mənfi 30,2 dərəcədir. Bu, 1933-cü ilin yanvarında müşahidə edilmişdir. Yay ayları yüksək termik şəraitlə fərqlənir. Havanın mütləq maksimum temperaturu düzənlik və alçaq dağlıq ərazidə 40–43 dərəcəyə, orta dağlıq qurşaqda 30–40 dərəcəyə, yüksək dağlıqda isə 10–20 dərəcəyə çatır. Hündürlüklər üzrə havanın orta illik maksimum və orta mütləq minimum temperaturu aşağıdakı cədvəldəki kimi müəyyənləşdirilmişdir: t. / H. (m.)100015002000250030003500Orta illik11,88,65,42,2 -1,0 -4,2Orta mütləq maksimum403531262116Orta mütləq minimum -18 -20 -22 -25 -27 -29 Yuxarıda deyilənlərdən aydın olur ki, Naxçıvan MR ərazisində istər orta aylıq (yanvar, iyul) və istərsə də havanın minimum və maksimum temperaturu arasında fərq çox kəskindir. İqlimin kontinental əmsalı Arazboyu düzənlikdə 80-dən çoxdur. Burada müşahidə edilən temperatur amplitudası 70 dərəcədən artıqdır. Termik şəraitin isti və soyuq dövrdə belə kəskin dəyişməsi, səth örtüyünün formalaşmasına, kontinental qurşaqlara xas olan bitki və torpaq örtüyünün yaranmasına səbəb olur. Bitkilərdə vegetasiya dövrünün başlanma və qurtarmasını səciyyələndirmək üçün orta sutkalıq temperaturun müxtəlif hədlərdən keçmə müddətinin təyin edilməsi çox vacib məslələrdən biridir. Yaz fəslində sutkalıq orta temperaturun 0 dərəcədən keçid vaxtı düzənlik və alçaq dağlıq qurşaqda martın 1-nə, orta dağlığın yuxarı hissəsində martın 20-nə, yüksək dağlığın aşağı sərhəddinə yaxın yerlərində isə aprelin 10-na düşür. Sutkalıq orta temperaturun 0 dərəcədən keçid vaxtı payız fəslində ən tez oktyabrın 10-da (yüksək dağlıq qurşaqda), ən geci isə dekabrın 10-da (alçaq dağlıq qurşaqda) başlanır. Beləliklə, ilin hər iki fəslində (yaz və payız) 0 dərəcədən keçid vaxtının başlanması ilə qurtarması arasındakı fərq 40 günə bərabərdir. Sutkalıq orta temperaturun 5 dərəcədən keçid vaxtı yaz aylarında alçaq dağlıq qurşaqda martın 20-də, orta dağlıq qurşaqda aprelin 10-da, yüksək dağlıq qurşaqda isə aprelin 30-da başlanır. Sutkalıq orta temperaturun 5 dərəcədən keçid vaxtı payız fəslində yuxarıda deyilən qurşaqlara müvafiq olaraq noyabrın 20-də, oktyabrın 3-da və oktyabrın 20-də başlanır. Kənd təsərrüfatının, xüsusilə əkinçiliyin intensiv inkişaf etdiyi düzənlik və alçaq dağlıq qurşaqda sutkalıq orta temperaturu 5 dərəcədən yuxarı olan günlərin temperatur cəmi 4500 dərəcəyə, 15 dərəcədən yuxarı isə 3500 dərəcəyə bərabərdir. Həmin temperaturun hər biri orta dağlıq qurşaqda 1000 dərəcədən (1500 m) 2000 dərəcəyə (2500 m) qədər azalır. Sutkalıq orta temperatur 5, 10 və 15 dərəcədən yuxarı olan temperatur cəminin hündürlüklərlə əlaqədar olaraq dəyişməsi aşağıdakı cədvəldəki kimidir: (Ə. M. Şıxiinskiyə görə) Dövr / H. (m.-lə)1000150020002500300035005 dərəcədən yuxarı4500350025001500100020010 dərəcədən yuxarı4200320020001000200015 dərəcədən yuxarı3500240012000

Atmosfer yağıntıları Naxçıvan MR ərazisində yağıntı qeyri-bərabər paylanmışdır. Bu fərq ayrı-ayrı dağlıq qurşaqlarda özünü daha aydın göstərir. Arazətrafı maili düzənliklərdə də orta illik yağıntının paylanması eyni dərəcədə deyildir. Orta illik yağıntının miqdarı Culfada (712 m) 215 mm, Dərvişlərdə (900 m) 220 mm, Naxçıvanda (910 m) 251 mm, Ordubadda (928 m) 276 mm, Qıvraqda isə (910 m) 210 mm-ə bərabərdir. Göründüyü kimi, maili düzənliklərdə ən az yağıntı Qıvraqda, ən çox yağıntı isə Ordubadda müşahidə edilir.

Mütləq yüksəkliyi nisbətən az olan dağlıq sahələrdə (1000–1300 mm) ən çox yağıntı Şahbuzda (365 mm), ən az isə Cəhridə (276 mm) düşür. Yüksəkliklərlə yağıntı arasındakı əlaqə əyrisindən aydın olur ki, 1000 metr yüksəkliyə malik olan sahələrdə orta illik yağıntı 320 mm, 1500 m-də 470 mm, 2000 m-də 630 mm, 2500 m-də 750 mm, 3000 m-də 720 mm, 3500 m-də 640 mm-dir. Orta illik yağıntı təxminən 2500–3000 m-ə qədər tədricərı artır, ondan yuxarılarda isə yenidən azalmağa başlayır. Yüksək dağlıq qurşaqda yağıntılar 660 mm ilə (Biçənək 2100m) 768 mm (Kvanus 2500 m) arasında dəyişir. İllik yağıntının miqdarı ayrı-ayrı yüksəklik qurşaqları üzrə aşağıdakı cədvəldəki kimi paylanmışdır. Qurşaq / H./m.Arazboyu düzənlik (600–1000 m.)Alçaq dağlıq (1100–1300 m.)Orta dağlıq (1500–2000 m.)Yüksək dağlıq (2100–3900 m.)İllik yağıntının miqdarı275 mm331 mm536 mm707 mm Yuxarıdakı cədvəldən aydın olur ki, yağıntıların orta illik miqdarı Arazətrafı düzənliyə nisbətən (275 mm) alçaq dağlıq qurşaqda (331 mm) 56 mm, orta dağlıq (536 mm) qurşaqda 261 mm, yüksək dağlıq (707 mm) qurşaqda isə 432 mm artıqdır. Yağıntının miqdarı ancaq şaquli istiqamətdə, yəni düzənlik hissədən dağlara doğru deyil, həm də üfüqi istiqamətdə, yəni qərbdən şərqə doğru dəyişir. Belə ki, Naxçıvan MR-in qərb hissəsində təxminən 900'm mütlək yüksəklikdə düşən 250 mm orta illik yağıntı, Muxtar respublikanın şərqində 700 m mütləq yüksəklikdə, başqa sözlə, Arazboyu düzənliyin Dəstə və Ordubad düzlərində müşahidə edilir. Lakin bu fərq 1000 metrlik mütləq yüksəklikdə demək olar ki, tamamilə yox olur. Daha doğrusu, 1000 metrlik mütləq yüksəkliyin hər yerində demək olar ki, ildə 300 mm yağıntı düşür. 1000 metrdən yuxarı, 2000 metr yüksəkliyə qədər yağıntıların üfüqi istiqamət üzrə miqdarı təqribən bərabərdir. 2000–2500 m mütləq yüksəklikdə və ondan yuxarıda bu bərabərlik bir qədər pozulur. Bu, suayrıcından bəzi yerlərin alçaqda (2300 m-ə qədər), digər yerlərin isə yüksəkdə (3500 m-dən artıq) yerləşməsi ilə izah edilməlidir. İlin isti və soyuq dövrlərində yağıntı yüksəkliyin dəyişməsi ilə əlaqədar olaraq dəyişir. İsti dövrdə ən az yağıntı düzənlikdə (160 mm), ən çox isə 3000 m-də (420 mm) düşür. İlin soyuq aylarında ən az yağıntı isti dövrdə olduğu kimi düzənlikdə müşahidə edilir (160 mm), lakin ilin isti dövründən fərqli olaraq ən çox yağıntı 3000 m yüksəklikdə deyil, 2500 m yüksəklikdə (350 mm) düşür. Soyuq dövrdə 2000 metrlə 3000 metr arasında düşən yağıntı təqribən bir-birinə bərabərdir (300 mm).

Fəsillər üzrə tərtib edilmiş əlaqə qrafiklərinə əsasən müxtəlif yüksəkliklər üzrə yağıntıların miqdarının paylanmasını aşağıdakı cədvəldə görmək olar. Fəsillər / H. (m.)100015002000250030003500Yaz120200260320300270Yay406080110130100Payız90110140180170150Qış70100150140120100