Piter Henri Abrahams (; ) — Cənubi Afrika yazıçısı.
Həyatı Piter Abrahams 3 mart 1919-cu ildə CAR-ın kasıb Vrededorp şəhərciyində doğulmuş, 1939-cu ildə ölkəsini tərk etmişdir. 1956-cı ildə Yamaykaya köçməmişdən əvvəl dənizçi və Londonda jurnalist kimi işləmişdir.
Cənubi Afrikanın məşhur qaradərili yazıçılarından biri olan Piter Abrahamsın əsərləri siyasi və sosial problemlərə, xüsusilə irqçiliyə həsr olunmuşdur. Müəllifin ilk işlərindən biri olan "Kömür oğlan" (1946) hekayəsi tənqidçilərin diqqətini cəlb etdi. Onun irqçilik əleyhinə yazılmış digər əsərləri arasında "Qara vəsiyyət" (1942) hekayələr toplusu və "İldırımlı yollarla" (1948), "Maykl Udomo üçün əklil" (1956), "Gecənin hökmündə" (1965), "Koyabadan baxış" (1985) romanlarını qeyd etmək olar.
1966-cı ildə yazdığı "Bu ada indi" romanı Afrikadan bəhs etməyən yeganə əsəridir, bu əsərdə hadisələr Yamaykada və Karib adalarında baş verir.
Məşhur Azərbaycan bəstəkarı Qara Qarayev 1958-ci ildə Piter Abrahamsın "İldırımlı yollarla" (The Path of Thunder) romanının motivləri əsasında eyniadlı balet yazmışdır.
İstinadlar
Keçidlər
Kateqoriya:CAR yazıçıları Kateqoriya:CAR uzunömürlüləri Kateqoriya:Sosialistlər