Paytaxt Bakıda və şəhərətrafı ərazilərdə bir sıra rahat və gözəl parklar vardır. Bu parklar insanların asudə vaxtlarını əyləncəli və səmərəli keçirməsi ilə yanaşı, biomüxtəlifliyin qorunmasında əhəmiyyətli rol oynayır. Bakıdakı parkların siyahısı aşağıdakılardır.Museums, reserves, galleries of Baku — National Tourism Promotion Bureau, 2017

+ParkŞəkliBakı bulvarıBakı bulvarı şəhərin əsas görməli yerlərindən biridir. Bulvarın rəsmi adı Dənizkənarı Milli Pakdır. 2009-cu ildə bu parkın 100 illiyi qeyd olunmuşdu. Bu gün uzunluğu 5,6 km olan parkın 25 km-dək genişləndirilməsi nəzərdə tutulurOfficial site — Baku Seaside Park.thumb|left|Dənizkənarı BulvarFilarmoniya bağıBu bağın əsası 1830-cu ildə qoyulub. Filarmoniya bağı həmçinin uzun müddət Qubernator bağı da adlandırılmışdı.thumb|left|Filarmoniya BağıFəvvarələr meydanıBakının ilk mərkəzi meydanlarından biridir.Hacıbababəyov Qasımbəy / Red. C. Quliyev. — Azərbaycan sovet ensiklopediyası, 1987. — X. Cild. — S. 146. Fəvvarələr meydanı 1868-ci ildə inşa edilmişdir. Bu meydan həmçinin Parapet bağı və Karl Marks meydanı kimi adlandırılmışdı. 2010-cu ildə Fəvvarələr meydanı yenidən bərpa edilmişdi.thumb|right|Fəvvarələr MeydanıXaqani bağıBakının ən köhnə parklarından biridir. Tikilmə tarixi 1870-ci illərə təsadüf edir. Bu bağ Molokan bağı kimi də tanınır.thumb|right|Xəqani BağıDağüstü ParkBakının mərkəzində yerləşən bu park Sovet dövründə Kirov parkı adlandırılmışdı. 2013-cü ildə bağ yenidən əsaslı şəkildə bərpa olunub.thumb|left|Dağüstü ParkZabitlər parkıBu park İkinci Dünya müharibəsi zamanı həlak olan əsgərlərin xatirəsinə həsr olunmuşdur. Müharibədən sonra park Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun adını daşımışdı.azertag.az Bakının 12_əfsanəvi_parkı 2011-ci ildə əsaslı təmir-bərpa işlərindən sonra sakinlərin ixtiyarına verilmişdi.thumb|right|Zabitlər ParkıSahil bağıSovet dövründə əsası qoyulan bu park "26 Bakı Komissarı meydanı" kimi adlandırılmışdı. 2009-cu ildə bərpa işlərindən sonra yeni görünüş əldə etmişdi.thumb|left|Sahil BağıSəməd Vurğun bağıPaytaxtın qədim parklarından biri olan Səməd Vurğun bağının əsası 1882-ci ildə qoyulmuşdu. 1961-ci ildən parkın mərkəzində heykəltaraş F. Əbdürrəhmanov və memar M. Hüseynovun hazırladığı şairin heykəli ucaldılmışdı.thumb|left|Səməd Vurğun BağıDədə Qorqud parkıBu müasir park 2013-cü ildə açılıb. Parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə varOfficial site — Dede Gorgud Park.thumb|left|Dədə Qorqud ParkıHüseyn Cavid parkıBu park Azərbaycan Elmlər Akademiyasının yaxınlığında yerləşir. 1993-cü ildə parkda Hüseyn Cavidin heykəli ucaldılmışdı. Bu abidənin müəllifi heykəltaraş Ömər Eldarovdur.M. Ə. Sabir bağıBağın əsası 1920-ci illərin əvvəlində qoyulub. 1922-ci ildə parkda M. Ə. Sabirin heykəli ucaldılmışdı. 1950-ci illərdə parkda yaşıllaşdırma və genişləndirmə işləri aparıldı. Şairin xatirəsinə parkda 1958-ci ildə yenidən abidə ucaldıldı. Abidənin müəllifləri heykəltaraş Cəlal Qaryağdı və memar H. Əlizadə və E. İsmayılovdur.thumb|left|Sabir bağıMərkəzi Botanika bağı1935-ci ildə Botanika İnstitutunun dəstəyi ilə Mərkəzi Botanika Bağının əsası qoyulmuşdu. Bağın ərazisi 16 hektardır.thumb|right|Mərkəzi Botanika BağıMərdəkan DendrarisiAbşeron yarımadasında yerləşən Mərdəkan Dendrarisi 1895–1920-ci illərdə xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. Bağın ərazisi 24 hektardır. Mərdəkan Dendrarisi 2005-ci ildə Dünya Botanika Bağlarının, 2009-cu ildə isə Amerika Botanika Cəmiyyətinin üzvü seçilib. Həmçinin bax Bakının görməli yerlərinin siyahısı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bakı parkları Parklar