Kursoru idarə edən qurğu () — məsələn, siçan və ya trekbol; kursorun ekranda yerdəyişməsi həmin qurğunun yeri ilə deyil, onun yerdəyişməsi ilə bağlıdır. Məsələn, siçan masanın üzərində başqa yerə qoyulsa, ekranda kursorun yeri dəyişməyəcək, çünki bu halda siçanın kürəciyi fırlanmayacaq. Başqa növ qurğularda – mütləq göstərici qurğularda (məsələn, qrafik planşetlərdə) müəyyən zona çərçivəsində qurğunun yeri həmişə ekranda kursorun qabaqcadan müəyyən olunmuş yeri ilə bağlıdır.
thumb|right|200px|Kompüter mausu
Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kateqoriya:Kompüter Kateqoriya:Verilənlər bazaları Kateqoriya:Məzmun idarəetmə sistemləri