Banşi () — İrland folklorunun personajı. Azərbaycan folklorunda bayquşla müqayisə oluna bilər. Evlərin pəncərəsi qarşısında oturan xəyali qadın obrazıdır. İnanclara görə, hansı evin qarşısında ağlayarsa, o evdə müsibət və ölüm-itim olur. İrlandların inanclarına görə Banşinin səsi eşidilən evdə tezliklə bir nəfərin ölüm xəbəri gəlməli idi. Digər bir inanca görə Banşi sadəcə təmiz irland qanına sahib insanların evlərinə gəlməkdədir. Şotland yazıçı Valter Skott tərəfindən 1830-cu ildə yazılmış Demonologiya və Cadugərliklə bağlı yazılar () əsərində Şimali Şotlandiyada yaşayan insanlarda Banşi inancının güclü olduğunu qeyd etmişdir.
Görünüş və xarakteri Banşinin görünüşü rəvayətlərə görə dəyişir: Bəzən uzun, axan saçlarını darayan gənc və gözəl qadın; Bəzən isə qoca və saçlı qadın. Geyimi çox vaxt ağ və ya boz rəngdədir, bəzi hekayələrdə isə qara paltar geyinir. Hündürlüyü bəzən 1 fut (təxminən 30 sm), bəzən isə qeyri-adi dərəcədə uzun boylu biri kimi göstərilir.
Ən mühüm əlaməti onun kədərli və qorxulu səsidir. Bu səs "nalə oxuma" adlanır və gecə yarısı eşidildikdə yaxın zamanlarda baş verəcək ölümün xəbərçisi sayılır.
İstinadlar Kateqoriya:Folklor personajları Kateqoriya:İrlandiya mədəniyyəti Kateqoriya:İrlandiya folkloru Kateqoriya:İrland mifologiyası Kateqoriya:Ölümün personifikasiyası Kateqoriya:Fentezi varlıqları