Yusuf Halaçoğlu () — Türk Tarix Qurumunun həqiqi üzvü, professor, doktor, Türkiyə Böyük Millət Məclisinin deputatı, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru.
Həyatı 1949-cu ildə Adananın Kozan ilçesinde anadan olmuşdur.
Elmi Fəaliyyəti 1978-ci ildə doktor adını almışdır. 1982-ci ildə köməkçi dosent, 1983-cü ildə dosent, 1989-cu ildə isə professor vəzifəsinə yiyələnmişdir. 1989-cu ildə Türk Tarih Qurumunun həqiqi üzvü seçildi. 1989-cu ildə Başbakanlıq Dövlət Arxivləri baş idarəçiliyinin Osmanlı Arxivi Dairə Başkanlığı vəzifəsinə, 1990-cı ildə isə müdir müavini təyin edilib. 1992-ci ildə bu vəzifəsindən istefa etmişdir. 1992-ci ildə Mərmərə Universitetinin rektor müavini, daha sonra rektor vəkili, bir müddət sonra yenidən rektor müavini olmuşdur. 1993–2008-ci illərdə Türk Tarix Qurumunun sədri oldu. Türkiyə Böyük Millət Məclisinin deputatıdır. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktorudur.
Əsərləri Ahmed Cevdet Paşa, Mârûzât, İstanbul 1980, V–XV+270 s., 16 belge, 3 harita XVIII. Yüzyılda Osmanlı İmparatorluğu'nun İskân Siyâseti ve Aşiretlerin Yerleştirilmesi, Türk Tarih Kurumu Yayınları, Ankara 1988, VII–XX+179 s., 2 harita (ikinci baskı) Osmanlılarda Ulaşım ve Haberleşme (Menziller), PTT Genel Müdürlüğü Yayını, Ankara 2002 Osmanlı Devlet Teşkilâtı ve Sosyal Yapı, Türk Tarih Kurumu Yayınları, Ankara 1991 (dördüncü baskı) Başlangıçtan 1774'e Kadar Osmanlı Tarihi, Anadolu Uygarlıkları Ansiklopedisi (bir heyetle beraber), İstanbul 1982 90 Numaralı Mühimme Defteri, İstanbul 1994 (bir heyetle beraber) Türk Tarihinde Ermeniler, Ankara 2001 (Prof. Dr. A. Süslü, Prof. Dr. F. Kırzıoğlu, Prof. Dr. R. Yinanç ile beraber) Ermeni Tehciri ve Gerçekler, Türk Tarih Kurumu Yayınları, Ankara 2001. Osmanlılarda Ulaşım ve Haberleşme (Menziller) PTT Genel Müdürlüğü, Ankara 2002 Facts On The Relocation of Armenians: 1914–1918, Ankara 2002. XIV-XVII. Yüzyılllarda Osmanlılarda Devlet Teşkilatı ve Sosyal Yapı, Türk Tarih Kurumu, Ankara 2003 Anadolu'da Aşiretler, Cemaatler, Oymaklar 1453–1650 (6 cilt), Türk Tarih kurumu yayınları, İstanbul 2009
Xarici keçidlər Prof. Dr. Yusuf Halaçoğlu
İstinadlar
Kateqoriya:Türk tarixçilər Kateqoriya:Türkiyə professorları Kateqoriya:AMEA Tarix və Etnologiya İnstitutunun fəxri doktorları Kateqoriya:Erməni soyqırımının inkarçıları Kateqoriya:TBMM XXIV çağırış deputatları Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:TBMM XVI çağırış deputatları Kateqoriya:Türkiyə milliyyətçiləri Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:Türkiyə osmanlışünasları Kateqoriya:Türk Tarix Qurumu Kateqoriya:XX əsr Türkiyə tarixçiləri Kateqoriya:Türkiyə tarix akademikləri Kateqoriya:Mərmərə Universitetinin müəllimləri