Anatoli Naumoviç Rıbakov(; ) — Rusiya yazıçısı.
Həyatı
Anatoli Rıbakov 14 yanvar 1911-ci ildə yəhudi ailəsində anadan olmuşdur. 1930-cu ildə Moskva Nəqliyyat mühəndisləri institutuna daxil olmuş, lakin komsomoldan və institutdan xaric olunaraq sürgün olunmuşdur. 1941-ci ildən müharibədə müxtəlif cəbhələrdə vuruşmuş, Berlinin alınmasında iştirak etmişdir.
Anatoli Rıbakov 1998-ci ildə Nyu-Yorkda vəfat etmişdir.
1947-ci ildə yaradıcılığa başlayan A.Rıbakov gənclər üçün macəra əsərləri olan "Bürünc quş" və s. povestləri qələmə alır. İlk romanı olan "Sürücülər" 1950-ci ildə yazılmışdır. Yazıçı sonrakı illərdə "Yekaterina Voronina", "Ağır qum", "Arbat övladları" və s. romanlarını qələmə almışdır. Yazıçının əsərləri ümumi tirajı 20 milyon nüsxədən çox olmaqla 52 ölkədə nəşr olunmuş, çoxu ekranlaşdırılmışdır.
İstinadlar
Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Nyu-Yorkda vəfat edənlər Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:"Stalin" mükafatı laureatları Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:SSRİ yəhudiləri Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:SSRİ-də repressiya qurbanları