İrina Vladimirovna Karavayeva () — Rusiyanı təmsil edən batut gimnastı. İrina Karavayeva, 2000, 2004 və 2008-ci illərdə Rusiyanı Olimpiya Oyunlarında təmsil edib. 2000 Sidney Olimpiadasında qızıl medal qazanan İrina Karavayeva, həm də Dünya Çempionatlarında 12 qızıl, 6 gümüş və 1 bürünc medala sahib olub.
Karyerası 2000 Sidney Olimpiadası İrina Karavayeva, 2000-ci ildə Rusiya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Karavayeva, 38.90 xal topladı və 8 idmançı sırasında 1-ci yeri tutaraq Olimpiya çempionu oldu.
2004 Afina Olimpiadası İrina Karavayeva növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Karavayeva, 39.90 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
2008 Pekin Olimpiadası İrina Karavayeva sonuncu, üçüncü dəfə Olimpiya Oyunlarına, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Karavayeva, 36.20 xal topladı və 8 idmançı sırasında 5-ci yeri tutdu.
İstinadlar
Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2000 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiya qızıl medalına sahib Rusiya idmançıları Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:Rusiyanın olimpiya gimnastları Kateqoriya:Olimpiya medallı gimnastlar