Xalkantit (mis kuporosu) – Cu [SO4]· 5H2O - Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.
Növ müxtəliflikləri Maqneziumlu sinkkupro- və ferroxalkantitlər.
Xassələri Rəng – tünd-mavi, göyümtül, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,12-2,30; Sərtlik – 2-2,5; Ayrılma – {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – suda asan həll olur; Morfologiya – kristallar: nadir rast gəlir; lövhəvari, qısaprizmatik; Mineral aqreqatları: qabıqlar, stalaktitlər, dənəvər, böyrək- və tozvari kütlələr. 200 px|left|thumb|Xalkantit, Katsdağ yatağı, Balakən rayonu
Mənşəyi və yayılması Ekzogen mənşəlidir. Mis minerallarının və misli mineralların oksidləşmə məhsuludur. Adətən yataqların oksidləşmə zonalarının üst hissəsində rast gəlir. Suda tez həll olduğundan yalnız quraqlıq şəraitlərdə yaxşı mühafizə olunub qalır. Xalkantitin sənaye əhəmiyyətli iri yığınları yalnız Çukikamata yatağında (Çili) qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: antlerit, broşantit, xalkopirit, melanterit və s. Mineralın tapıldığı yerlər: Çukikamata (Çili); Nevada ştatı (ABŞ); Rio-Tinto (İspaniya); Rammelsberq (Almaniya) və b. Azərbaycanda mineralın iri stalaktitləri Filizçay yatağının köhnə dağ-mədən qazımalarında tapılmışdır. Xalkantit Gədəbəy, Katsdağ, Daşkəsən və Çıraqdərə yataqlarının oksidləşmə zonalarında da qeyd edilmişdir.
Tətbiqi İkinci dərəcəli Cu filizidir; başqa mis mineralları ilə birlikdə mis və onun birləşmələrini almaq üçün istifadə edilir.
İstinadlar
Mənbə Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
THE MINERAL CHALCANTHITE
Kateqoriya:Sulfatlar (minerallar) Kateqoriya:Misin (II) mineralları Kateqoriya:Hidratlar Kateqoriya:Triklinik sinqoniya mineralları