Jordi Qaspar () — Liqa 1 təmsilçilərindən olan Monako klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusu. Qaspar bir müddət Fransanın gənclər millilərində çıxış etmişdir. Hazırda Fransa U-19 millisinin üzvüdür.
Klub karyerası
Lion Qaspar əsas komanda ilə debütünü 27 sentyabr 2016-cı ildə etmişdir. O, Sevilya klubu ilə qarşılaşmada 71 dəqiqə meydanda mübarizə aparmış və Raşid Gezzal ilə əvəz olunmuşdur. Həmin görüşdə Olimpik Lion UEFA Çempionlar Liqasının qrup mərhələsində rəqibinə 0–1 hesabı ilə məğlub olmuşdur.
Monako Qaspar Lionla peşəkar müqavilə şərtləri ilə bağlı razılığa gələ bilmədikdən sonra Monako klubunun şərtlərini qəbul edərək, 16 iyun 2017-ci ildə klub ilə üç illik müqavilə imzalamışdır.
Serkl Brügge Qaspar mövsüm sonuna qədər Belçika Birinci Divizion B təmsilçilərindən olan Serkl Brügge klubuna icarəyə verilmişdir.
Karyera statistikası
Klub
KlubMövsümLiqaKubokLiqa KubokuAvropaDigərÜmumiOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolLion2016–1720000010—30Ümumi karyera200000100030
İstinadlar
Xarici keçidlər France profile at FFF
Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Serkl Brügge FK futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası B futbolçuları Kateqoriya:Qrenobl FK futbolçuları Kateqoriya:Olimpik Lion FK futbolçuları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Qaradərili Fransa idmançıları