Yuri Tilemans () — Liqa 1 təmsilçilərindən olan Lester Siti klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusu.
Tilemans dünya futbolunda ən parlaq gənc perspektivlərdən biri sayılır. O, Anderlext klubu ilə ümumilikdə 135 liqa görüşünə çıxmışdır. UEFA Çempionlar Liqasında 16 yaş və 148 günlüyündə debüt edən Tilemans bu turnirdə çıxış edən ən gənc Belçikalı futbolçu kimi tarixə düşmüşdür.
Tilemans Belçikanın bir neçə gənclər millisində mübarizə aparmışdır. 2016-cı ilin noyabr ayında 19 yaşı olarkən əsas komanda ilə debüt etmişdir.
Klub karyerası
Anderlext left|thumb|Tilemans Anderlextin kapitanı kimi 17 fevral 2017-ci ildə UEFA Avropa Liqasının 1/16 final mərhələsində Zenit klubuna qarşı. Tilemans Brüssel regionundan kənarda yerləşən Sint-Piters-Lyu şəhərində anadan olmuşdur. Tilemans karyerasına Anderlext klubunun akademiyasında başlamışdır. 16 yaşı olarkən klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
Tilemans ilk dəfə əsas heyətə 21 iyul 2013-cü ildə 2013 Belçika Superkuboku görüşündə Genk klubuna qarşı oyunda çağırılmışdır, lakin o, meydana daxil olmamış və ehtiyatda qalmışdır. Tilemans əsas komanda ilə debütünü bir həftə sonra Belçika Yupiler Liqasının açılış görüşündə Lokeren klubuna qarşı oyunda etmişdir. O, görüşün sonuna 25 dəqiqə qalmış Saça Klyestanı əvəz etmiş və komandası 3–2 hesabı ilə məğlub olmuşdur. O, liqa tarixində ən gənc dördüncü futbolçu olmuşdur.
Tilemans UEFA Çempionlar Liqasında debütünü 2 oktyabrda 16 yaş və 148 günlüyündə Olimpiakos klubuna qarşı oyunda etmişdir. O, turnirdə meydana çıxan ən gənc belçikalı futbolçu kimi tarixə düşmüşdür. O, Anderlextin çempion olduğu mövsümdə 21-i start heyətdə olmaqla ümumilikdə 29 oyuna çıxmışdır. O, peşəkar karyerasında ilk qolunu 6 aprel 2014-cü ildə Konstant Vanden Stok stadionunda Brügge klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə o, Kiriaka qol ötürməsi də vermiş və komandası 3–0 hesabı ilə qalib gəlmişdir. Tilemans ilk iki mövsümdə Belçika İlin Ən Yaxşı Gənc futbolçusu mükafatına layiq görülmüşdür.
Monako 24 may 2017-ci ildə Tilemans Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə 25 milyon avro qarşılığında beş illik müqavilə imzalamışdır.
Milli karyerası Tilemans 2015-ci ilin iyun ayında UEFA Avro 2016 təsnifat mərhələsində Uels millisi ilə oyun üçün Belçika millisinə çağırılmışdır. O, əsas komanda ilə debütünü 9 noyabr 2016-cı ildə Niderland miliisinə qarşı yoldaşlıq oyununda etmişdir. O, 82-ci dəqiqədə Stiven Defuru əvəz etmişdir. Həmin görüşdə Belçika rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır.
Şəxsi həyatı Tilemansın atası Belçika, anası isə Konqo vətəndaşıdır. Tilemans peşəkar karyerasına davam etməklə yanaşı, 18 yaşına qədər təhsilini də davam etdirib.
Karyera statistikası
Klub
+ Klub statistikasıKlubMövsümLiqaKubokAvropaDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolAnderlext2013–14Belçika Pro Liqası291214UEFA Çempionlar Liqası görüşləri daxildir.0003522014–15Belçika Pro Liqası3964286 görüş UEFA Çempionlar Liqasında, 2 görüş UEFA Avropa Liqasında01Belçika Superkuboku görüşləri daxildir.05282015–16Belçika Pro Liqası346219UEFA Avropa Liqası görüşləri daxildir.0—4572016–17Belçika Birinci Diviziya A371310152 görüş və 1 qol UEFA Çempionlar Liqasında, 7 görüş və 4 qol in UEFA Avropa Liqasında5—5318Ümumi13926943651018535Monako2017–18Liqa 10000000000Ümumi karyera13926943651018535
Milli komanda
Milli komandaİlOyunQolƏmsalBelçika2016200.002017100.00Ümumi300.00
Uğurları
Klub Anderlext Belçika Pro Liqası: 2013–14, 2016–17 Belçika Superkuboku: 2013, 2014
Fərdi Belçika İlin Ən Yaxşı Peşəkar Gənc Futbolçusu: 2013–14, 2014–15 Belçika İlin Talantı: 2014 Eboni Şu mükafatı: 2017 Belçika İlin Ən Yaxşı Peşəkar Futbolçusu: 2017 UEFA Avropa Liqası İlin heyəti: 2016–17
İstinadlar
Xarici keçidlər
Belgium stats at Belgian FA
Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Anderlext FK futbolçuları Kateqoriya:Belçika futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Qaradərili Belçika idmançıları Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Belçikanın kişi futbolçuları Kateqoriya:Aston Villa FK futbolçuları Kateqoriya:Lester Siti FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Legioner Belçika futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Belçika milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Belçika U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Konqo Demokratik Respublikası əsilli idmançılar Kateqoriya:İngiltərədə legioner Belçika idmançıları Kateqoriya:Monakoda legioner futbolçular Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:Fransada legioner futbolçular Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları