Qney Pompey (tam adı: Qney Pompey Maqn, , tələffüzü: ), Böyük Pompey () və ya sadəcə Pompey (, tələffüzü: ; ) — Roma siyasi və hərbi xadimi, e.ə. 70-ci, 55-ci və 52-ci illərdə Roma Respublikası konsulu, e.ə. 49–45-ci illərdə gerçəkləşmiş vətəndaş müharibəsində senata ləyaqətli olan qüvvələrin komandiri.

E.ə. 83-cü ildə Sulla ilə yaxınlaşmış, ölümündən sonra (e.ə. 78) onun düşmənlərinə qarşı mübarizə aparmışdır. E.ə. 71-ci ildə Spartak üsyanının yatırılmasında iştirak etmiş, e.ə. 70-ci ildə konsul (Krassla birgə) seçilmişdir. E.ə. 66-cı ildə Pont padşahı VI Mitridat əleyhinə müharibədə Roma qoşunlarına başçılıq etmiş və onu məğlubiyyətə uğratmış, e.ə. 66-65-ci illərdə Qafqaz Albaniyasına soxulmuş, lakin oranı tuta bilməmişdi.Fəxrəddin Məmmədov. Azərbaycan tarixi (izahlı xronologiya). Bakı: "Elm və təhsil", 2010, səh.31.

E.ə. 60-cı ildə 1-ci triumviratda Sezar və Krassla birgə iştirak etmiş, triumvirat dağıldıqdan sonra (e.ə. 53) optimatlarla yaxınlaşmışdı. E.ə. 48-ci ildə Dirraxiya (Bu şəhərə bəzən Dyracchium da deyirlər.Əsl adı Dürres şəhəridir və Albaniyada yerləşir) yaxınlığında Sezarı məğlubiyyətə uğratmış, lakin Farsal yaxınlığında darmadağın edilərək Misirə qaçmış və orada öldürülmüşdür.

İstinadlar

Kateqoriya:Hərbi liderlər Kateqoriya:Qədim Romanın konsulları Kateqoriya:E.ə. 106-cı ildə doğulanlar Kateqoriya:E.ə. 48-ci ildə vəfat edənlər Kateqoriya:I Triumvirat Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:Qətl qurbanları Kateqoriya:Yuli Sezar