Karl Sandberq – amerikalı şair.

Həyatı Karl Sandberq "Çikaqo haqqında şeirlər" (1916), "Taxıldöyənlər" (1918), "Tüstü və polad" (1920) toplularında sosial mövzular mühüm yer tutur. "Bəli, xalq" (1936) poeması sol qüvvələrə rəğbətlə yazılmışdır. Sərbəst şerin tanınmış nümayəndələrindəndir: "Amerika nəğmələri kitab" (1927), A. Linkolnun tərcümeyi-halına dair əsəri (c. 1-6, 1926-39), "Xatirələr qayası" (1948) roman, "Bal və duz" (1963) fəlsəfi şerlər toplusu var.

1913-cü ildən Çikaqodakı "System" jurnalının redaktoru olmuşdur. Bütün şeirlərinin toplusu 1951-ci ildə işıq üzü görmüşdür. O, 1967-ci ildə vəfat edib.

Yaradıcılığı

XXX

Məhsul ayının altında, Yumşaq gümüşü Damcılar işıldayanda Bağça gecələrinin üstündə, Boz, lağlağı ölüm gələr və pıçıldayar qulağına ən yaxın dost kimi tez – tez səni xatırlayan. Yay güllərinin altında Gözə çarpan boz pusquya yatanda alatoranında vəhşi qırmızı yarpaqların, eşq balaca əlləriylə gələr və toxunar sənə min cür xatirələrlə, və soruşar səndən gözəl, cavabı olmayan suallar.

Bəlkə

Bəlkə mənə inanar, bəlkə də yox. Bəlkə evlənərəm o dəliqanlıyla bəlkə də yox.

Bəlkə çöllərdəki külək, Dənizdəki külək, bəlkə, hansısa biri hardasa bəlkə də deyə bilər.

Başımı çiyninə söykəyəcəyəm Və soruşanda heç düşünmədən bəli deyəcəyəm Bəlkə də yox.

Bir telefon xəttinin altında

Mən mis bir teləm havadan asılan, İncə olduğumdan günəş mənə kölgə də salmır. Gecə gündüz mahnı oxuyuram – vızıldayıb və qəribə səslər çıxarıb: eşqdir və savaş və pul; savaşdır və gözyaşları, iş və arzu, İçimdən keçən kişilər və qadınların ölüm və qəhqəhələri, söhbətlərinizin daşıyanı, Yağmurda ve damcılayan nəmlikdə, gün çıxanda və quruyan parlaqlıqda, Bir mis tel.

Sandberq Kateqoriya:1878-ci ildə doğulanlar Kateqoriya:1967-ci ildə vəfat edənlər Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:ABŞ-nin kişi şairləri Kateqoriya:ABŞ isveçliləri Kateqoriya:Çikaqoda doğulan yazıçılar Kateqoriya:XX əsr şairləri Kateqoriya:İngilis şairlər Kateqoriya:ABŞ sosialistləri Kateqoriya:ABŞ tarixçiləri Kateqoriya:XX əsrin ABŞ romançıları Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:Bioqrafiya (janr)