200px|frame|right

Müştəri-qulluqçu arxitekturası - işçi stansiyaların və serverin hesablama güclərindən (imkanlarından) maksimal səmərəli istifadə edilməsi məqsədilə idarəetmənin onlar arasında paylanmasına əsaslanan lokal şəbəkə (LAN) strukturu. Bu arxitekturada tətbiqi proqramın işlənməsi iki komponent – müştəri və server (qulluqçu) arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçili sistemlərin “lal” terminanlarından fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturasındakı müştərilər mükəmməl fərdi kompüterlər olur. Server olaraq başqa fərdi kompüterdən, minikompüterdən və ya menifreymdən istifadə edilə bilər; o, müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarəedilməsi imkanlarını, informasiyaya kollektiv erişməyi, verilənlərin şəbəkə administirasiyasını və qorunmasını verir. Özündən öncəki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturası çərçivəsində çalışan proqram təminatının üzərində serverlər və işçi stansiyalar birgə işləyir.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər Oracle Technology Network

Client-server architecture

Kateqoriya:İnformasiya texnologiyaları Kateqoriya:Serverlər Kateqoriya:Paylanmış hesablama arxitekturası Kateqoriya:Klientlər Kateqoriya:Tətbiqi proqram səviyyəsi protokolları