S-75 Dvina (rusca: C-75; NATO kod adı: SA-2 Guideline) yüksək hündürlükdə uçan hədəfləri məhv etmək məqsədilə hazırlanmış Sovet istehsalı zenit raket kompleksidir. 1957-ci ildə ilk dəfə istismara verilməsindən indiyə qədər tarixdə ən geniş yayılmış hava hücumundan müdafiə sistemi hesab edilir. Bu kompleksdən ilk dəfə Çində istifadə olunmuşdur. Belə ki, 7 oktyabr 1959-cu il tarixində Çin hava məkanına daxil olan Tayvana məxsus Martin RB-57D Canberra kəşfiyyat təyyarəsi yerdən 20 km yüksəklikdə S-75 kompleksinə daxil olan üç ədəd V-750 (1D) raketləri vasitəsilə məhv edilmişdir.Steven J. Zaloga (2007). Red SAM: The SA-2 Guideline Anti-Aircraft Missile. Osprey Publishing. p. 8. ISBN 978-1-84603-062-8. On October 7, 1959, one of the Taiwanese RB-57Ds was struck at an altitude of 65,600ft (20km) by a salvo of three V-750 missiles

Bu sistemin daha yeni raketi olan V-750VN (13D) raketləri isə ilk dəfə 1960-cı ildə baş verən U-2 insidenti zamanı uğurla tətbiq olunmuşdur. Belə ki, 1 may 1960-cı il tarixində SSRİ hava məkanına daxil olan və hava kəşfiyyatı aparmağa cəhd edən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus U-2 təyyarəsi Sovet HHM qoşunları tərəfindən məhv edilmişdir.

İstifadəçiləri thumb|right|S-75 istifadəçiləri. Cari istifadəçilər mavi, keçmiş istifadəçilər qırmızı rənglə göstərilib.|303x303px

: 79 : 18

: 240. Tayer əl-Sabah variantı

: 300+

Liviya Moldova: 3

Myanma Şimali Koreya: 270

: 700 : 275 Tacikistan : 280

Keçmiş istifadəçilər

İraq

: Əksər hissəsi 1991-1996-cı illərdə ehtiyata buraxılıb. İstifadə tarixi: 21 may 2016 Raketlər təlim məqsədilə istifadə olunur.

Həmçinin bax Zenit raket kompleksi S-125 S-200

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Raket kompleksləri