Kunlun dağları () -Tarim çökəyinin qərb kənarında Gezdərya və Yarkənd çayları arasında yerləşən Konqur (7719 m) və Muztaqata (7546 m) massivlərindən başlayıb əvvəlcə cənub şərqə, sonra isə şərqə uzanaraq, Qırmızı hövzənin şimal-qərb kənarında (Sino-Tibet dağlarına) qədər uzanır.

Hündürlüyü Kunlun dağları yüksək zirvələrin hündürlüyünə görə yalnız Himalaydan geri qalır, uzunluğu isə Himalay dağlarının uzunluğundan xeyli artıqdır. Orta yüksəkliyi (6000 m) Himalay dağlarının orta yüksəkliyinə bərabərdir. Dağların qərb hissəsi çox yüksəkdir. Burada bir çox qarlı-buzlu massiv və zirvələr yerləşir. (Muztaq 7282 m). Lakin bu hissədə o suayırıcı təşkil etmir. Öz mənbələrini Qaraqorum dağlarının şimal yamaclarından alan Yarkənd, Karakaş və b. çaylar Kunlunu dərin dərələrlə kəsib Tarim çökəyinə çıxırlar.Kunlun dağları haqqında məlumat

Şəkillər

Həmçinin bax Tibet Himalay dağları Mərkəzi Asiya

İstinadlar

Kateqoriya:Asiya dağları Kateqoriya:Çin dağları Kateqoriya:Çin mifologiyası