() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Xarakterik morfoloji əlamətləri Xarici görünüşünə görə adi xramulyaya bənzəyir, lakin ondan yan xəttindəki pulcuqların və bel üzgəcindəki şüaların az saylı olması və belinin ancaq bel üzgəcinin ön tərəfində yanlardan basıq olması ilə fərqlənir. Uzunluğu 35.0 sm-ə qədər olur.

Yaşayış yeri və həyat tərzi Çay balığı olub, başlıca olaraq çayların sürətlə axan yerlərində yaşayır, nisbətən az miqdarda çayların sakit axan sahələrində təsadüf edilir. Ömrünün uzunluğu orta hesabla 4-5 il olub, cinsi yetkinliyə 2 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.

Yayılması Azərbaycanda 3 növlə (C.capoeta, C.sevangi, C.gracilis) təmsil olunmuşdur. Yarımnövləri yoxdur. Talış dağlarından axıb Xəzər dənizinə tökülən çaylarda (Qumbaşı, Viləş, Lənkəran, Təngəru, Astara, Balahırı, Göytəpə) yayılmışdır. Başlıca olaraq çayların orta və aşağı axınlarında yaşayır.Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s

Cinsi statusu və çoxalma xüsusiyyətləri Çoxalma kürüləmə yolu ilə olur. Kürüsünü çayların daşlı-çınqıllı hissələrində üç dəfəyə, iyun-iyul aylarında tökür. Reproduktivliyin forması kürü şəklində olur. Məhsuldarlığı 3.8 minlə 11.2 min kürü arasında dəyişilir. Reproduktivliyin periodu cinsi yetkinliyə çatdıqdan sonra ildə bir dəfə, hər il. Generasiyaların sayı, orta ömrün uzunluğundan asılı olaraq 2-3 dəfə olur.

Limit faktorları Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər.

Rasionu Əsasən bitki mənşəli qidalarla və yosunlarla qidalanır, özləri isə digər yırtıcıların qidasını təşkil edir. Qidasını yosunlar (diatom), detrit, su həşaratları və onların sürfələri təşkil edir.

Düşmənləri Yırtıcı balıqlar, ilanlar, balıqyeyən quşlar və balıq parazitləri.

İnsan həyatına təsiri Əmtəə keyfiyyətlidir. Az miqdarda həvəskar balıqçılar tərəfindən ovlanır. Ziyanvericilik xüsusiyyətləri yoxdur

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin, çay yataqlarının qazılmasının, dəyişdirilməsinin qarşısı alınmalıdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:1861-ci ildə təsvir edilən balıqlar