Beşyarpaq dişotu - Dentaria quinquefolia Bieb.
Hündürlüyü 20-40 sm, gövdəsi düz, sadə, çılpaq, aşağı hissədə yarpaqsız, yuxarıda üç yarpaqdan ibarət olan köbəli çiçək qrupu altında üfüqi pulcuqlu kökümsovları olan çoxillik ot bitkisidir.
Yarpaq Yarpaqları lələkvaridir, 3-5 neştərə oxşar-xətvari sivri dişli yarpaqcıqlardan ibarətdir. Yarpaqların qoltuğunda soğanaq əmələ gəlmir.
Çiçək Salxımlar 6-15 ədəd çiçəkdən ibarət olub, kifayət qədər sıxdır. Ləçəkləri 10-15 (20) mm uzunluğunda olub, əksinəyumurtaşəkilli pazvaridir və bənövşəyi, bəzən çəhrayı rəngdə olur. Qını 35-50 mm uzunluğunda, eni 2-5 mmdir, köndələn formada üzüyuxarı durmuş və uzunluğu 3-4 mm olan sütuncuğa daralmışdır.
Azərbaycanda yayılması BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, Lənk.-dağ., Lənk.düz., Ovalıqdan orta dağ qurşağına qədər.
Yaşayış mühiti Qaranlıq meşələrdə, əsasən fıstıq meşələrində üstünlük təşkil edir.
Təsərrüfat əhəmiyyəti Kökümsovu bişmiş halda yeyilir. Dekorativ bitkidir.
Mənbə Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
Kateqoriya:Ot bitkiləri