() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 60–90 (150) sm, qısa yeraltı zoğları olan, kökümsovlu çoxillik bitkidir. Gövdəsi düz, hamar və çılpaqdır. Yarpaqları enli-neştərşəkilli, uzun, lentşəkilli, hamar və ya bir az kələ-kötürdür, eni (5) 8–15 (18) mm-dir; dilcik nazikpərdəşəkilli, kütdür. Çiçək qrupu boş qollu-budaqlı süpügrə şəklindədir, uzunluğu (10) 15–30 (35) sm-dir, üfüqi və ya aşağı əyilmiş nazik budaqlıdır. Sünbülləri yumurtaşəkillidir, yaşıl, tutqun və yaxud bənövşəyi rəngdədir, uzunluğu 3 mm-ə qədərdir. Sünbül pulcuqları az nahamardır, üç ədəd aydın bilinməyən damarı vardır. Çiçək pulcuqları bar verəndə qalın dərili, parlaqdır, darını sıx əhatə edir və sünbüldən onunla birgə düşür. İyun ayında çiçəkləyir, iyun-avqust (sentyabr) ayalarında meyvə verir.

Azərbaycanda yayılması BQ (Quba), BQ qərb, KQ şimal, KQ mərkəzi. Yuxarı və orta dağ qurşağında üstünlük təşkil edir, nadir halda aşağı dağ qurşağı və dağətəyi yerlərdə.

Yaşayış mühiti Meşələrdə, meşə kənarında, talalarda, kollar arasında, çəmənlərdə, çay sahilində rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Yem bitkisidir.

Sinonimləri

Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şimali Amerika florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Avrasiya florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Qırtıckimilər (yarımfəsilə)