Hadisələr 15 yanvar - ABŞ-la əməkdaşlıq tərəfdarı olan general Mariano Aristanın Meksika prezidenti seçilməsi. 24 yanvar - Fransa prezidenti Lui Napoleon tərəfindən yeni hökumətin təşkili. 2 fevral - Birləşmiş Salvador və Honduras ordusunun Arada adlanan yerdə Qvatemala ordusu tərəfindən darmadağın edilməsi. 21 may - Yeni Qranada Respublikasında quldarlığın birdəfəlik olaraq ləğv edilməsi. 27 avqust - Çində Yunyan şəhərinin taypinlər tərəfindən tutulması, bu şəhərdə "Səmavi rifah dövlətinin" (Taypin Tyanqo) dövlətinin yaradıldığının elan edilməsi və yeni hökumətin yaradılması. 18 sentyabr - Mühafizəkar Manuel Monttun Cili prezidenti seçilməsi. 1 noyabr - Rusiyada Moskvanı Sankt-Peterburqla birləşdirən Nikolayevski dəmiryol xəttinin istifadəyə verilməsi. 2 dekabr - Fransa prezidenti Lui Napoleon tərəfindən dövlət çevrilişi edilməsi, Qanunverici Məclisin buraxılması. Avstraliyada qızıl mədənlərinin kəşf edilməsi. İstanbulda Elm Komitəsinin yaradılması. İranda "Bilik evi" adlandırılan darülfünunun və ilk rəsmi dövlət qəzetinin fəalyyətə başlaması.
Doğumlar Şahzadə Əbdülsəməd Bəhmən Mirzə oğlu Qacar, Rusiya ordusunda general Ferdinand Foş
Ölümlər Henrix Fridrix Link — Alman təbiətçisi və botaniki.