Bediha Tunadağı () — Türkiyəli qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkiyəni təmsil edir. Bediha Tunadağı İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır.

Karyerası 1.63 m boyu olan Bediha öz doğma şəhərini təmsil edən Qaziantep Halter İhtisas S.K klubunun üzvüdür. Bedihanın baş məşqçisi Mehmet Doğandır.

2012-ci ilin iyul ayında Bediha beynəlxalq turnirlərdə karyerasının ən yaxşı nəticəsini əldə etmişdir. O, bu uğura Rusiyanın Kazan şəhərində keçirilən Avropa Çempionatında dördüncü yeri tutmaqla nail olmuşdur.

Bediha 2012 Yay Olimpiya Oyunlarında təsnifat mərhələsində iştirak etmişdir.

Nəticələri Sıra TurnirEv sahibi Nəticə4652004 Dünya Gənclər Çempionatı Minsk75+90=1651410132010 Dünya Çempionatı Antalya89+111=2004442011 Avropa Çempionatı Kazan87+108=1951513132011 Dünya Çempionatı Paris90+115=2055 - -2012 Avropa Çempionatı Antalya91+ — = 0

İstinadlar

Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar