Tit Flavi Vespasian () — Roma imperatoru, Flavilər sülaləsinin banisi. Yəhudi padşahlığında Roma əleyhinə üsyanı (66-73) yatırmışdı. Vespasian əyalət əyanlarının bir çox nümayəndəsini senata daxil etmişdi. Sələflərindən fərqli olaraq əyalət adamlarına Roma və latın vətəndaşlığı hüququnu daha çox verir, yeni vergilər qoyur, ordunu azaldır, bununla imperiyanın ictimai əsasını möhkəmlədirdi. 72-74-cü illərdə Klavdi tərəfindən Roma əyalətinə çevrilən Anadolu ölkəsi Likiyanın torpaqları Pamfiliya əyalətinə birləşdirmişdi.

İstinadlar

Kateqoriya:Roma imperatorları Kateqoriya:Qədim Roma Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri