Mesila Doda (alb. Mesila Doda; ) — alban siyasətçi, 2001-ci ildən Albaniya Xalq məclisinin deputatı, Albaniya Demokrat partiyasının yaradıcılarından biri.

Bioqrafiya 6 fevral 1971-ci ildə Kukes şəhərində anadan olub.

Mesila Doda Tirana universitetində iqtisadiyyatı, Roma universitetində isə fəlsəfəsini öyrənirdi. Siyasət karyerasına 1991-ci ildə tələbə etirazları zamanı başladı, bu etirazlar alban əmək partiyasının hakimiyyətdən getməsi ilə nəticələndi. Doda müxtəlif siyasi mövqelərdən çıxış edərək jurnalist və teleaparıcı kimi işləmişdi. O, Albaniya Demokrat partiyasını təsis etdi, 2001-ci ildə Albaniya Parlamentinə daxil oldu. 2016-ci ildə o, partiyanı tərk etdi və açıq məktub yazaraq bildirdi ki, 25 il bundan əvvəl yaratdığı partiyadan getməyinə təəssüflənir. Doda leaves DP, Mesila Doda gives her reasons in an open letter (ing.) 2016-ci ildən o, İnteqrasiya, ədalət və birlik uğrunda partiyasının üzvüdü və Çameriya albanlarının hüquqlarını qoruyur.Doda joins PJIU   (ing.) Doda dindar katolikdi və ənənəvi dəyərlərin müdafiəçisidi. O, dəfələrlə marixuananın, fahişəliyin leqallaşdırılmasına, LGBT birliyinin hüquqlarının müdafiəsinə qarşı çıxış etmişdir. buna görə də hüquq müdafiəçiləri tərəfindən tənqid və töhmətlərə məruz qalmışdır. MEMBER OF THE ALBANIAN PARLIAMENT ACCUSED OF OVERT DISCRIMINATION AGAINST LGBT COMMUNITY (ing.)

İstinadlar

Kateqoriya:Albaniya siyasətçiləri Kateqoriya:Qadın siyasətçilər Kateqoriya:Tirana universitetinin məzunları Kateqoriya:Roma Sapientsa Universitetinin məzunları Kateqoriya:Kukesdə doğulanlar Kateqoriya:XXI əsr Albaniya siyasətçiləri Kateqoriya:XXI əsr Albaniyanın qadın siyasətçiləri