Aydın Ağa oğlu Şahsuvarov () — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1984).

Həyatı Aydın Şahsuvarov 19 yanvar 1931-ci ildə Naxçıvanda anadan olmuşdur. 1954-cü ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərmişdir. 1967–1968-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Teatrının aktyoru olmuşdur. Naxçıvandakı "Cavid poeziya teatrı"nda da fəaliyyət göstərmişdir. Aydın Şahsuvarov 2 iyun 1986-cı ildə Naxçıvanda vəfat etmişdir.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 4 oktyabr 1974 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 15 noyabr 1984

Rolları Şeyx Əhməd ("Ölülər", C. Məmmədquluzadə) Şeyx Nəim ("Şeyx Sənan", H. Cavid) Altunbay ("Od gəlini", C. Cabbarlı) Şahbaz bəy ("Eşq və intiqam", S. S. Axundov) Vidadi ("Vaqif", Səməd Vurğun) Təhmas bəy ("Qaçaq Nəbi", S. Rüstəm) kor padşah ("Kor padşah", N. Hikmət) markiz ("Mehmanxana sahibəsi", K. Qoldoni) Topal Teymur ("Əlincə qalası", H. Arzulu) Xətib ("Məshəti", K. Ağayeva)

Mənbə

Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları