Zurab Ancaparidze () – gürcü opera müğənnisi (lirik-dramatik tenor).
Fəaliyyəti Zurab İvanoviç Ancaparidze 1928-ci il aprel ayının 12-də Gürcüstan Respublikasının Kutaisi şəhərində anadan olmuşdur.
1952-ci ildə D.Andquladzenin sinfində V.Saradaşvili adına Tbilisi Konservatoriyasını bitirmişdir (D. Andquladzenin sinfini). Böyük Teatrda da işləmişdir (1959–1970).
Təhsilini bitirdikdən sonra 1952-1958-ci illərdə Z.Paliaşvili adına Tbilisi Opera və Balet Teatrının solisti olmuşdur. 1959-1970-ci illərdə Moskvada Böyük Teatrın solisti kimi çalışmış, Abesalom, Quram (“Abesalom və Eqeri”, “Latavra”, Z.Paliaşvili), Mindiya (“Mindiya”, O.Taktakişvili), German (“Qaratoxmaq qadın”, P.Çaykovski), Xoze (“Karmen”, J.Bize), Radames, Don Karlos (“Aida”, “Don Karlos”, C.Verdi), Kavaradossi (“Toska”, C.Puççini) və s. tamaşalarda əsas partiyaları ifa etmişdir.
Çexoslovakiya, İtaliya, Bolqarıstan, Fransa, Kanada, Yuqoslaviya, Rumıniya və s. ölkələrdə qastrol səfərlərində olmuşdur.
Zurab Ancaparidze 1972-ci ildə Tbilisi şəhərinə qayıtmış, V.Saradaşvili adına Tbilisi Konservatoriyasında müəllim, Ş.Rustaveli adına Teatr İnstitutunda kafeda müdiri vəzifələrində işləmişdir. 1979-1982-ci illərdə adına Tbilisi Opera və Balet Teatrının direktoru olmuşdur.
O, 1984-cü ildə professor elmi rütbəsini almışdır.
Zurab Ancaparidzenin səsi qrammofon vallarına yazılmışdır. Milli Kitabxananın Not nəşrləri və Səsyazmaları şöbəsinin fondunda onun səsi yazılmış qrammofon valları CD-lərə köçürülərək mühafizə olunur. Bu CD-lərdə operalardan Abesalomun ariozosu, Abesalom və Murmanın dueti (“Abesalom və Eteri” III və IV hissələr); Malxazın ariozosu (“Daisi” II hissə); Taktakişvili O. Mindiyanın iki ariyası (“Mindiya” I və II hissələr); Verdi C. Rodomesin romansı, Aida və Rodomesin səhnəsi və dueti (“Aida” I-III hissələrdən); Bize C.Yekun səhnə (“Karmen”) hissələr vardır.
O, 1961-ci ildə Gürcüstan Respublikasının “Xalq artisti”, 1966-cı ildə isə “SSRİ Xalq artisti” fəxri adlarına layiq görülmüş, bir sıra orden və medallarla təltif olunmuşdur.
Zurab İvanoviç Ancaparidze 1997-ci il aprel ayının 12-də Tbilisidə vəfat etmişdir.
Xatirəsini əbədiləşdirmək məqsədilə 1998-ci ildə Gürcüstanda yaşadığı evə xatirə lövhəsi vurulmuş, Z.Ancaparidze Fondu yaradılmışdır.Ancaparidze Zurab İvanoviç //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1976.-C.I.- S.370.
Mükafatları SSRİ xalq artisti (1966) Gürcü SSR Dövlət mükafatı laureatı (1971) Professor (1983)
İstinadlar
Kateqoriya:Opera ifaçıları Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:Gürcüstan müğənniləri Kateqoriya:Gürcüstan SSR əməkdar artistləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Tenorlar Kateqoriya:Tbilisinin fəxri vətəndaşları Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:Rusiya klassik musiqiçiləri