() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür.
Qısa morfoloji təsviri Göbələk orta ölçülü meyvə cisminə malikdir. Cavan, açılmamış meyvə cismi şar və ya yumurtavari formada olur, 3-6 sm diametrindədir, ağ və bozumtuldur. Peridi nazik, tez itib gedən xarici qata və həlməşikli orta qata malikdir. Yetişmiş peridi patladıqdan sonra qırmızı rəngli, ayaqcıqsız yarımdairəvi və ya yumurtavari torcuq – reseptakul çıxır. Torcuğun ilmələri elleptik, dairəvi və ya çoxbucaqlı olur.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Humus saprotrfodur, termofil növdür. Quercus castaneifolia və Parrotia persica qarışıq meşələrində rast gəlinir.
Yayılması Talışın aşağı dağ qurşağı meşələrində rast gəlinir, Lənkəran şəhəri aşağı düzən müşəsi, Astara meşələri ərazisidir.
Sayı və tendensiyası Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir.
Məhdudlaşdırıcı amillər Termofil növ olduğu üçün temperatur rejminə tələbkarlıqdır.
Mühafizə tədbirləri Populyasiyanın vəziyyətinə nəzarət vacibdir. Yeni bitmə yerlərinin aşkarlanması, biologiyasını və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:20–24 ID olan Taksonbar