Homer (, Homeros) — Antik dövrdə yaşamış İoniyalı şair. Şəxsiyyəti haqqında məlumat azdır. E.ə. 12–7 əsrlərdə yaşadığı ehtimal edilir. Antik mənbələrdə gəzərgi kor şair Homerin real obrazı fantastik uydurmalarla çulğaşır ki, bu da onun haqqında dürüst məlumatın olmadığını göstərir. Homerin vətəni olmaq şərəfi uğrunda 7 şəhər (Smirna, Rodos, Xios, Kolofon, Salamin, Arqos, Afina) mübahisə aparmışlar. Antik dövrdə Homer adı bəzən ümumiləşdirilmiş şəkildə rapsodların ifa etdikləri epik nəğmələrin müəllifi mənasında da işlədilmişdir. Sonralar "İliada" və "Odisseya" epik poemalarının, habelə "Homer himnləri"nin və "Margit" komik poemasının müəllifliyi ona istinad edilmişdir. "İliada" və "Odisseya" Qədim Yunanıstanın sosial münasibətlərini, mənəvi mədəniyyətini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir. Homerin şəxsiyyəti və yaradıcılığı ilə bağlı problemlərlə əlaqədar geniş yayılmış və indiyədək həll olunmamış mübahisələr ədəbiyyatşünaslıqda "Homer məsələsi" adı almışdır.
Əsərləri Odisseya, Bakı, 1977; İliada, Bakı, 1978 Hər iki əsər Homer tərəfindən e.ə. 8-ci əsrdə yaradılmış, e.ə. 6-cı əsrdə yazıya alınmışdır.
"İliada" da troya müharibəsi haqqında danışılır.
İstinadlar
Xarici keçidlər Homer. İliada /Homer; Tərcümə edəni: Mikayıl Rzaquluzadə; Ön sözün i: Qorxmaz Quliyev.- B.: Öndər. Homer. Odisseya /Homer; Tərcümə edən: Ələkbər Ziyatay; Ön sözün i: Q.Quliyev.- B.: Öndər.
Kateqoriya:Yunanıstan şairləri Kateqoriya:Qədim Yunanıstan ədəbiyyatı Kateqoriya:Yunan ədəbiyyatı Kateqoriya:İzmirdə doğulanlar Kateqoriya:E.ə. IX əsrdə doğulanlar Kateqoriya:E.ə. VIII əsrdə vəfat edənlər Kateqoriya:Korlar Kateqoriya:Qədim Yunanıstan şairləri Kateqoriya:Qədim yunan şairləri Kateqoriya:İlahi komediya personajları Kateqoriya:Qədim yunan tanrıları Kateqoriya:E.ə. VIII əsrin Yunanıstan şairləri Kateqoriya:Homer Kateqoriya:Şifahi epik şairlər