Floeotripidlər fəsiləsi-() Buğumayaqlılar tipinin Saçaqlıqanadlar dəstəsinə aid olan fəsilə.
Xarici görünüşü Bığcıqları 7, çənə və dodaq qısqacları isə 2 buğumludur. Orta ayaqlarının çanaqları qabaq ayaqlarının çanaqlarına nisbətən daha çox aralanmışdır.
Həyat tərzi Fitofaqdırlar – bəziləri mədəni bitkilərə güclü ziyan vurur. Məsələn, Haplothrips ritici Kund., H. aculeatus Fabr., H. reuteri Karny, H. flavicinctus Karny və b. Onların arasında buğda tripsi (H. tritici) və reuter tripsi (H. reuteri Karny) xüsusilə fərqlənir. Buğda tripsi (H. tritici Kund.) 1,3-1,5 mm uzunluğunda, qara və ya qara-qəhvəyi rəngdədir. Bığcıqları 8 buğumludur. Qarıncığının son buğumu borucuq şəklində dartılmışdır. Qanadları şəffafdır. Dişilərdən kiçik olan erkəklərə nadir hallarda rast gəlmək olur.Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004 Yumurtaları ağ, çox xırdadır. Sürfələri qırmızı, qanadsızdır. Sürfələr buğdanın kökyanı hissəsində, torpağın üst qatında 10 sm, nadir hallarda 20 sm-dən dərinlikdə qışlayır. Yazda torpağın üst qatı 8°C-dək qızdıqda sürfələr səthə çıxaraq pronimfalara və nimfalara çevrilir. Payızlıq taxılın sünbülləşməsinin əvvəlində yaşlı tripslər üzə çıxaraq, öncə payızlıq dənli bitkilərdə məskunlaşır. Bu zaman buğdanın sünbülləşməsi prosesi başlayır. Əvvəlcə tripslər yarpaqlarda qidalanır, sonra sünbüllərə keçərək bitkinin şirəsini sormağa başlayır. Dişilər sünbül qabıqlarına, sünbülün oxuna qrup halında yumurta qoyur. Dişi tripsin məhsuldarlığı 23-28 yumurta təşkil edir. Embrional inkişaf 6-12 gün çəkir. Sürfələr 18-25 gün ərzində inkişaf edir. İldə bir nəsil inkişaf edir. O biri növ – H. reuteri, buğda ilə yanaşı pambığa, qarğıdalıya və b. mədəni bitkilərə ziyan vurur.
Yayılması MDB-də 82 növü, Azərbaycanda 2 cinsi və 13 növü məlumdur (Haplothrips – 12 növ, Lothrips – 1 növ).
Təsnifatı (cins) (cins)
İstinadlar
Ədəbiyyat Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
Xarici keçidlər Phlaeothripidae Family Phlaeothripidae - Tube-tailed Thrips
Həmçinin bax
Kateqoriya:Saçaqlıqanadlılar