Teo Bernard François Hernandez (6 oktyabr 1997, Marsel, Fransa) — Fransalı peşəkar futbolçu. İtaliyanın Milan klubunun və Fransa milli futbol komandasının sol cinah müdafiəçisi.

Klub karyerası Hernandez Marseldə anadan olmuşdur. Teo 2008-ci ildə on yaşı olarkən Atletiko Madridin gənclər akademiyasına daxil olmuşdur. Gənclər yığmalarında çıxış etdikdən sonra o, 2015-ci ilin yayında reserv komandası ilə Terkera Diviziyasında iştirak etdi.

Teo peşəkar karyerasında debütünü 30 avqust 2015-ci ildə Puerta Bonita klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Sequnda B görüşündə Atletiko Madrid rəqibinə 4–3 hesabı ilə qalib gəlmişdir. Həmin ilin fevralında Teo klub ilə yeni müqavilə imzalamışdır. İki gündən sonra o, zədəli oyunçular səbəbi ilə Eybar klubuna qarşı La Liqa görüşü üçün əsas heyətə çağırılmışdır. Lakin Teo meydana daxil olmamış və komandası 3–1 hesabı ilə qalib gəlmişdir.

4 avqust 2016-cı ildə Teo klubu ilə 2021-ci ilə qədər yeni müqavilə imzalamışdır. Dərhal bir il ərzində göstərdiyi oyun performansına görə Alaves klubuna bir illiyə icarəyə verilmişdir. O, komanda ilə debütünü həmin ayın sonunda Sportinq Xixon klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Alaves rəqibi ilə 0–0 hesabı ilə bərabərə qalmışdır.

Şəxsi həyatı Teonun atası Jan-François peşəkar futbolçu olmuşdur. Jan-François müdafiəçi kimi Atletiko Madrid klubunda çıxış etmişdir. Böyük qardaşı Lukas isə Atleti klubunda müdafiəçi kimi çıxış edir.

Karyera statistikası

Klub

KlubMövsümLiqaKubokKontinentalDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolAtletiko Madrid2015–16La Liqa000000—00Alaves (icarə)2016–1730050——350Ümumi karyera300500000350

İstinadlar

Xarici keçidlər

Hernandez Hernandez Hernandez Hernandez Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:İtaliyada legioner Fransa idmançıları Kateqoriya:Legioner Fransa futbolçuları Kateqoriya:Real Sosyedad FK futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Tersera divizionunun futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Səudiyyə Professional Liqası futbolçuları Kateqoriya:UEFA Millətlər Liqasının qalibi olan oyunçular Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Atletiko Madrid B FK futbolçuları Kateqoriya:Fransa U-20 milli futbol komandasının futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları