Ruslan Dibirhacıyev () — 2002-2008-ci illərdə Rusiyanı, 2009-2018-ci illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi.

Karyerası Ruslan Dibirhacıyev 2008-ci ildə Rusiyada Şamil Umarxanovun xatirəsinə həsr olunan beynəlxalq turniri bürünc medalla başa vurdu. 2009-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərədindən Ruslan Dibirhacıyev sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Ruslan Dibirhacıyev 2009 və 2010-cu illərdə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirləri müvafiq olaraq beşinci və yeddinci pillələrdə başa vurdu.

2013-cü ildə Ruslan Dibirhacıyev beynəlxalq turnirlərdə birinci uğurlarına imza tadı. İyulda İspaniyanın Madrid şəhərində baş tutan İspaniya Qran-Prisinin qalibi olan Ruslan Dibirhacıyev noyabrda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib oldu. Karyerasının ən uğurlu mövsümü 2014-cü ilə təsadüf edən Ruslan Dibirhacıyev fevralda Bolqarıstanın Sofiya şəhərində D. Kolov - N. Petrov beynəlxalq turnirinin, apreldə Finlandiyanın Vantaa şəhərində Avropa Çempionatının, iyunda isə Almaniyanın Dortmund şəhərində Almaniya Qran-Prisi beynəlxalq turnirinin qızıl medallarına sahib oldu. Həmin ilin sentyabrında Dünya Çempionatlarında debüt edən Ruslan Dibirhacıyev uğursuz çıxış etdi və turniri 15-ci pillədə başa vurdu.

Ruslan Dibirhacıyev 2015-ci ilin yanvarında Fransada Paris Qran-Prisinin bürünc medalına sahib oldu. İyunda isə Ruslan Dibirhacıyev Birinci Avropa Oyunlarında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Ruslan Dibirhacıyev Polşa nümayəndəsi Məhəmmədmurad Hacıyev ilə üz-üzə gəldi. Həmin görüşdə Ruslan Dibirhacıyev rəqibinə 2:8 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Ruslan Dibirhacıyev təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə Ruslan Dibirhacıyevin rəqibi Bolqarıstan nümayəndəsi Miroslav Kirov oldu. Həmin görüşdə Ruslan Dibirhacıyev rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və təsəlliverici qrupun növbəti görüşünə adladı. Bu görüşdə onun rəqibi Macarıstan nümayəndəsi Zsombor Qulyas oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ruslan Dibirhacıyev rəqibinə 5:4 hesabı ilə qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə onun rəqibi Gürcüstan nümayəndəsi David Tlaşadze oldu. Həmin görüşdə Ruslan Dibirhacıyev rəqibi üzərində 6:2 hesabı ilə qələbə qazandı və Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Ruslan Adilxanoviç Dibirhacıyev "Tərəqqi" medalı ilə təltif edildi.

2016-cı ildə beynəlxalq turnirlərdə çıxış eləməyən Ruslan Dibirhacıyev 2017-ci il ərzində Bolqarıstanda D. Kolov - N. Petrov beynəlxalq turnirinin və Serbiyada Avropa Çempionatının bürünc medallarına sahib oldu. Ruslan Dibirhacıyev 2018-ci ildə idmanla vidalaşdı.

Nəticələri SıraİlYarışEv sahibiNəticə Rusiya12008Şamil Umarxanov Turniri Rusiya3. Azərbaycan22009Qızıl Qran-Pri Azərbaycan5.32010Qızıl Qran-Pri Azərbaycan7.42013İspaniya Qran-Prisi İspaniya1.5Poland Open Polşa8.6Qızıl Qran-Pri Azərbaycan3.72014Dan Kolov Turniri Bolqarıstan1.8Avropa Çempionatı Finlandiya1.9Almaniya Qran-Prisi Almaniya1.10Qızıl Qran-Pri Azərbaycan3.11Dünya Çempionatı Özbəkistan15.12Ramzan Kadırov Turniri Rusiya5.132015Paris Qran-Prisi Fransa3.14Avropa Oyunları Azərbaycan3.15Dünya Çempionatı ABŞ12.162017D. Kolov - N. Petrov Turniri Bolqarıstan3.17Avropa Çempionatı Serbiya3.182018Kiyev Turniri Ukrayna12.

İstinadlar

Kateqoriya:Rusiyanın sərbəst güləşçiləri Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:2015 Avropa Oyunlarında güləşçilər Kateqoriya:2015 Avropa Oyunlarında bürünc medal qazananlar Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Avropa Oyunlarının bürünc medalına sahib Azərbaycan idmançıları